Suares Uruqvayda qəhrəman kimi qarşılandı (FOTOLAR)

Suares Uruqvayda qəhrəman kimi qarşılandı (FOTOLAR)
DÇ-2014 27 İyun 2014 / 13:04 4287
-  A +

Uruqvay millisinin futbolçusu Luis Suares ölkəsinə qayıdıb.

Qol.Az-ın uerosport.com-a istinadən yaydığı xəbərə görə, DÇ-2014-də İtaliya ilə görüşdə rəqibin futbolçusu Corcio Kyellinini çiynini dişlədiyi üçün doqquz matçlıq cəzalandırılan və dörd ay futbol oynaması qadağan edilən hücumçuya uruqvaylı azarkeşlər dəstək çıxıb. Xeyli azarkeş L.Suaresi qarşılamaq üçün gecə vaxtı hava limanına gedib.

Bu arada məlum olub ki, Uruqvay Futbol Federasiyası və "Liverpul" klubu Suaresə verilən cəza ilə əlaqədar apelyasiya şikayəti verəcək.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər