Nigeriya millisinin baş məşqçisi: “Messi Yupiterdən gəlib”

Nigeriya millisinin baş məşqçisi: “Messi Yupiterdən gəlib”
DÇ-2014 26 İyun 2014 / 02:28 3411
-  A +

“Argentinanın nəyə qadir olduğunu bildiyimiz üçün rəqibimizə hörmətlə yanaşırdıq. Buna görə də ilk hissədə ehtiyatlı oyuna üstünlük verdik. İkinci hissədə isə daha rahat idik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Nigeriya millisinin baş məşqçisi Stefan Keşi Argentina ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Nigeriya millisi Argeninaya 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq 1/8 finala vəsiqə qazanıb. S.Keşi məğlub olmalarının səbəbini  rəqib futbolçusu Lionel Messi ilə bağlayıb.

“Messi həqiqətən dahi futbolçudur. Yüksək keyfiyyətlərə malik olan bir çox futbolçular var. Ancaq Messi başqa planetdəndir. Məncə, Yupiterdən gəlib” – deyə o qeyd edib.

Xatırladaq ki, Messi oyunda dubl edib.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner