"Rendall Brenesi komandadan mən kənarlaşdırmamışam. Onun oyunu məni qane edirdi. Lakin "Xəzər Lənkəran" rəhbərliyi hücumçunu heyətdə görmək istəmədi".
Qol.Az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
Təcrübəli mütəxəssis DÇ-2014-də 1/8 finala yüksələn Kosta-Rika yığmasının hücumçusu Rendall Brenesin onun Lənkəran klubunun baş məşqçisi işlədiyi vaxtda kənarlaşdırılmasının səbəbini bilmədiyini qeyd edib: "Açığı, nə baş verdiyini bilmədim. Heç soruşmadım da hansı səbəbdən onu komandada görmək istəmədilər. Lakin Breneslə nə şəxsi problemim olub, nə də futbolçu kimi səviyyəsi barədə mənfi fikir söyləyə bilərəm".
Hüseynov cari mundialda kosta-rikalı forvardın oyununu izləmədiyini də bildirib: "Xeyr, Brenesin DÇ-də iştirak etdiyi oyunları izləməmişəm. Dünən də digər matçlara baxdım: İtaliya ilə Uruqvay və Yaponiya ilə Kolumbiya arasında keçirilən görüşləri seyr etdim".
Rendall Brenes 2012-ci ilin fevralında "Xəzər Lənkəran"la 2 illik müqaviləyə imza atıb. O, 2012/13 mövsümündə cənubluların heyətində Avropa Liqasının 4 qarşılaşmasınının hamısında iştirak edib. Futbolçu 2012-ci ilin iyulun 26-da Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında Polşa "Lex"i ilə səfər görüşündə (0:1) "Xəzər Lənkəran"ın heyətində son oyununu keçirib. Ertəsi gün hücumçu Azərbaycan millisinin qapıçısı Kamran Ağayev və braziliyalı müdafiəçi Rikardo Qomeşlə birlikdə klub rəhbərliyi tərəfindən transferə çıxarılıb.
Qeyd edək ki, Yunis Hüseynov 2012-ci il martında "Xəzər Lənkəran"ın baş məşqçisi təyin olunub. O, bundan 6 ay sonra - sentyabrın 20-də Azərbaycan Premyer Liqası çərçivəsində "Simurq"a 0:2 hesablı məğlubiyyətdən sonra istefa verib.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı