Portuqaliya yığmasının sabiq futbolçusu Luiş Fiqo Braziliyada təşkil olunacaq dünya çempionatı haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan Fiqo İspaniya millisinin yenidən dünya çempionu ola biləcəyinə inanmadığını deyib:
"İspaniyanın bu dəfə dünya çempionu olacağını düşünmürəm. Bu komandada qələbə üçün keyfiyyət çatışmır. Bu mənada ispanların yenidən dünya çempionu olmaları çətin görünür. Lakin mümkünsüz də deyil.
Düşünürəm ki, öz meydanında oynayacaq Braziliyanın mundialı qazanmaq şansı daha böyükdür. Skolarini yaxşı tanıyıram. O, belə tapşırıqların öhdəsindən gələ biləcək gücdədir. Mundialda bütün komandalara Braziliyaya qarşı oynamaq çətin olacaq. Həmçinin Portuqaliya yığmasına. Dünya çempionu olmaq üçün 18-20 futbolçu tapmaq elə də asan deyil. Üstəlik Portuqaliya yığması Kriştiano Ronaldodan asılı komandadır".
Qeyd edək ki, Portuqaliya millisi G qrupunda Almaniya, Qana və ABŞ yığmaları ilə mübarizə aparacaq.
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər
"Qarabağ" dayanmır. 1 gündə 3-cü transfer! - Eksklüziv
"Fənərbaxça"dan "Barselona"ya - Rəsmi