“Neftçi” Tahir Süleymanovun istefası ilə bağlı qərarı açıqladı

“Neftçi” Tahir Süleymanovun istefası ilə bağlı qərarı açıqladı
ÖLKƏ FUTBOLU 28 Aprel 2014 / 18:29 3075
-  A +

Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, toplantıda əsas müzakirə mövzusu klubun vitse-prezidenti Tahir Süleymanovun istefası olub. Aparılan ətraflı müzakirələrdən sonra mövsümün sonu olduğu nəzərə alınaraq, Tahir Süleymanovun israrına rəğmən qeyd olunan müraciətə Azərbaycan kubokunun final oyunundan sonra yenidən baxılmasına qərar verilib.

Bu müddət ərzində Tahir Süleymanovun klubun vitse-prezidenti vəzifəsindəki fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır