İmamverdiyev: "Qarabağ"dan üstün oynadıq"

İmamverdiyev: "Qarabağ"dan üstün oynadıq"
ÖLKƏ FUTBOLU 28 Aprel 2014 / 17:15 2230
-  A +

"Maraqlı qarşılaşma oldu. Komandamız "Qarabağ"dan üstün oynadı. Bununla belə "Qarabağ" çox güclüdür, çempionluğa əsas namizəddir. Bizim qol imkanlarmız daha çox oldu. Şanslarımızdan yaxşı istifadə etsəydik, qalib gələrdik. Düşünürdüm ki, oyunun nəticəsi heç-heçə olacaq. Elə də oldu. Komandamız çox baxımlı futbol nümayiş etdirdi".

Qol.Az saytına açıqlamasında bu sözləri "Neftçi" klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının 32-ci turunda dünən "Qarabağ"la qarşılaşdıqları oyun (1:1) haqda danışarkən deyib.

Növbəti turda "Qəbələ" ilə keçiriləcək oyunla bağlı fikir bildirən İmamverdiyev iddialı açıqlama verib. O, komandasının "Qəbələ"dən güclü olduğunu bildirib: "Çalışacağıq ki, "Qəbələ"dən üç xal alaq. Çünki indi xal bizə hava və su kimi lazımdır. İkinci pilləyə yüksəlmək istəyirik. Bu mövsüm "Qəbələ" ilə hər üç oyunda qələbə qazanmışıq. Rəqibi kiçiltmək istəmirəm. "Qəbələ" də hər il çempionluğa oynayır. Ancaq bilirəm ki, biz rəqibi üstələyəcəyik. Potensialımız buna imkan verir".

Xatırladaq ki, "Neftçi" Azərbaycan kubokunun finalında da "Qəbələ" ilə üz-üzə gələcək. C.İmamverdiyev  kuboku qazanacaqlarını da əminliklə söyləyib:  "Kuboku da biz götürəcəyik. Başqa variantımız yoxdur. Çempionatda isə gümüş medallar üçün mübarizə aparırıq. Bunun üçün növbəti turda "Qəbələ"ni məğlub etməliyik".

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner