Azad Rəhimovdan barəsində səslənən ittihamlara cavab

Azad Rəhimovdan barəsində səslənən ittihamlara cavab
ÖLKƏ FUTBOLU 28 Aprel 2014 / 12:58 2147
-  A +

Gənclər və idman naziri Azad Rəhimov barəsində səslənən ittihamları cavablandırıb.
 
Lent.az-ın məlumatına görə, nazir olimpiya komplekslərinin tikintisinə xərclənən vəsaitlə bağlı iddialara fikir vermədiyini açıqlayıb.
 
O deyib: “İnanmıram ki, mənimlə bağlı hər hansı rəqəm səsləndirilsin. Mən olimpiya komplekslərinin tikintisinə xərclənən vəsaitlə bağlı ittihamları belə cavablandıra bilərəm. Bu, tam qeyri-peşəkarlıqdır. Nazirliyimizə, mətbuat xidmətimizə zəng vuraraq, rəqəmləri soruşmaq olardı və heç bir problemsiz o rəqəmləri əldə etmək mümkün idi.

Amma əksinə, hansısa telekanal və mətbuat orqanı öz tərəflərindən naməlum mənbədən rəqəmləri tapırlar, səsləndirirlər və sonra da həmin o rəqəmlərlə bağlı bizə sual verirlər. Nəticədə gülməli vəziyyət yaranır. Məsələn, Sabirabad Olimpiya Kompleksi 8 milyon 370 min manata tikilib. Amma hər hansı mətbu orqanı səhvən bu rəqəmi 837 min manat göstərir. Sonra da öz səhvinin üstündə başlayır ki, niyə bu qədər azdır? Biz belə hallara fikir vermirik. Bu gün bizim üçün ən önəmli hadisə 2015-ci il Avropa Oyunlarına hazırlıqdır. Biz səylərimizi ölkəmizin müsbət təqdimatına yönəltməliyik”.

Daha çox


Son xəbərlər