Pantiç: "Qarşıma avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulmayıb"

Pantiç: "Qarşıma avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulmayıb"
ÖLKƏ FUTBOLU 27 Aprel 2014 / 20:41 2227
-  A +

“Bu gün yaxşı oynadıq. Amma il boyu özünü biruzə verən çatışmazlıqlarımız var. Futbolda möcüzələr olmur. Yaxud bir dəfə olur. Yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Elvin Məmmədovun oyununu xüsusilə qeyd etmək istəyirəm. Futbolda çox qol vuran yekunda qalib olur. Fikrimcə, bu gün iki xal itirdik. Növbəti mövsümdə bu çatışmazlıqların olmayacağına inanıram.".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sumqayıt"la oyundan (1:1) sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, klub rəhbərliyi onun qarşısına avroliqaya vəsiqə qazanmağı məqsəd qoymayıb:

"Qarşıma avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulmayıb, bunu hamı bilir. Məndən komanda yaratmaq istənib. Mənə hələ üç il də dözməli olacaqsınız”.

Daha çox


Son xəbərlər