Syomin qələbəni şərh etdi

Syomin qələbəni şərh etdi
ÖLKƏ FUTBOLU 27 Aprel 2014 / 18:43 2087
-  A +

“Bizim üçün çox çətin oyun idi. Çünki, iki gün öncə kubokun yarımfinalında ağır oyun oynadıq. Əsas heyətdə 4 yeni oyunçuya şans verdik, onlar da kifayət qədər yaxşı oynadı. Lakin oyunun sonlarına yaxın gücümüz çatmadı".
 
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "QəbələQ klubunun baş məşqçisi Yuri Syomin "Simurq"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis komandasının oyununu qənaətbəxş hesab edib, görüşdə baş verən bəzi məqamlardan danışıb: "Nəticədən və futbolçularımın meydanda gördüyü işdən razıyam. Subotiçi sarı vərəqə almaması üçün ikinci hissədə meydana buraxdım. Cərimə zərbəsi vurularkən Ebesilio ilə ikisi topun yanında dayansa da, vaxtı uzatdığına görə sarı vərəqə məhz Subotiçə göstərilir. O, növbəti oyunu buraxacaq. Vərəqənin niyə məhz ona göstərildiyini başa düşmürəm”.

Daha çox


Son xəbərlər