Milinko Pantiç: "Sumqayıt"ın oyunu gözlənilməz olur"

Milinko Pantiç: "Sumqayıt"ın oyunu gözlənilməz olur"
ÖLKƏ FUTBOLU 26 Aprel 2014 / 15:28 2202
-  A +

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində sabah "Sumqayıt"la qarşılaşacaq "Bakı" klubunun baş məşqçisi oyunöncəsi fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan serbiyalı mütəxəssis "Sumqayıt"la matçın çətin keçəcəyini bildirib:

"İlk növbədə "İnter"ə böyük hesabla olduğumuz üçün çox üzülürəm. Bu nəticə reallığı əks etdirmirdi. Biz də bilirik ki, bu, reallıq deyil. Futbolda bu cür nəticələr olur. Artıq bu məğlubiyyəti unudub, növbəti oyuna köklənmək lazımdır.
 
Hər zaman demişəm, "Sumqayıt" çox yaxşı komandadır. Çünki onlar həmişə gənc və yerli oyunçulara üstünlük verirlər. Onlara qarşı oynamaq çətindir. Çünki bütün futbolçular böyük həvəslə oynayırlar. Rəqibin oyunu hər zaman gözlənilməz olur. Buna görə də sabahkı görüşə ciddi yanaşmalıyıq. Bir neçə aparıcı futbolçumuzun "Sumqayıt"a qarşı oynaya bilməməsinə baxmayaraq, "İnter"lə görüşdə itirdiyimiz 3 xalı bərpa etməyə çalışacağıq".

Qeyd edək ki, "Sumqayıt" - "Bakı" oyunu sabah, saat 16:00-da başlayacaq.


Daha çox


Son xəbərlər