Azərbaycan Premyer Liqasında 31-ci turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, turun bütün oyunları bu günə nəzərdə tutulub.
Turun açılış matçında azarkeşlər paytaxt derbisinə şahidlik edib. Saat 15:00-da başlayan görüşdə "Bakı" klubu öz meydanında "İnter"i sınağa çəkib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunlarda "Neftçi" "Sumqayıt"ı, "Rəvan" isə "Qəbələ"ni qəbul edib. Hər iki oyun meydan sahiblərinin məğlubiyyəti başa çatıb.
Premyer Liqanın vahid lideri "Qarabağ" klubu Zaqatalada "Simurq"un qonağı olub. Ağdam təmsilçisi bu qarşılaşmada minimal hesabla məğlub olub - 0:1.
Tura "Xəzər Lənkəran" - AZAL matçı ilə yekun vurulub. Lənkəran təmsilçisi oyunun 7-ci dəqiqəsində hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
20 aprel (bazar)
Premyer Liqa, 31-ci tur
18:00. “Xəzər Lənkəran” – AZAL - 1:1
Qollar: Sadio Tounkara, 7 (1:0), Con Oluremi, 30 (1:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev
17:00. “Simurq” – “Qarabağ” - 1:0
Qol: Draqan Çeran, 33 (1:0)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov
17:00. “Rəvan” – “Qəbələ” - 1:2
Qollar: Viktor Mendi, 38 (0:1), Ürfan Abbasov, 41 (0:2), Yamin Ağakərimzadə, 85 (1:2)
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov
17:00. “Neftçi” – “Sumqayıt” - 1:3
Qollar: Mirzağa Hüseynpur, 19 (0:1), Uğur Pamuk, 59 (0:2), Pərdis Fərcad-Azad, 78 (0:3), Ruslan Qurbanov, 90+3 (1:3)
Qırmızı vərəqələr: Uğur Pamuk, 67 ("Sumqayıt"), Araz Abdullayev, 90+2 (1:3)
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov
15:00. “Bakı” – “İnter” - 0:4
Qollar: Meza Kolli, 12 (0:1), Baçana Sxadadze, 50 (0:2), Mikel Alvaro, 80 (0:3), Vaqif Cavadov, 87 (0:4)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
Sarı vərəqələr: Araujo Santos, 72 (qeyri-idman hərəkəti); 72 (hakimin qərarına etiraz); Alberto Noquera, 76 (qeyri-idman hərəkəti); Lukas Mario Horvat, 78 (qeyri-idman hərəkəti) // Brüs Abdulaye, 20 (topa əl ilə oyun); Fuad Bayramov, 86 (topa əl ilə oyun)
Qırmızı vərəqə: Araujo Santos, 72
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
“Bakı”: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 4. Mario Alvarez, 5. Ruben Qonzalez, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, (21. Elvin Məmmədov, 58), 12. Araujo Santos, 15. Alberto Noquera, 17. Risto Ristoviç, (6. Vadim Abdullayev, 46), 20. Tural Qürbətov , (19. Marius Pena, 46), 23. Lukas Mario Horvat
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 10. Aleksandar Soliç, 16. Xavyer Junior, 34. Şəhriyar Əliyev
“İnter”: 25. Səlahət Ağayev, 4. İvan Benitez, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili, (70. Vaqif Cavadov, 46), 11. Asif Məmmədov (k), (24. Fuad Bayramov, 82), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, (27. Dieqo Madriqal, 58), 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 30. Abbas Hüseynov
Turnir cədvəli
|
|
Fransa - İsveç: Heyətlər
Norveç Kot d'İvuara qalib gəldi
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır