"Qəbələ" klubunun sabiq baş məşqçisi Fatih Kavlak Qol.Az saytının suallarını cavablandırıb. Bir vaxtlar "Qarabağ" klubunda da məşqçi işləmiş türkiyəli mütəxəssis Topaz Premyer Liqanın gedişatından danışıb, sabiq komandalarının çıxışlarını dəyərləndirib.
- Fatih bəy, necəsiniz, nə işlə məşğulsunuz?
- Hazırda Ankaradayam. Hər hansı bir klubda çalışmıram. Ancaq futboldan uzaq qalmıram. Oyunları izləyirəm.
- "Qəbələ"dən ayrıldıqdan sonra digər klublardan təkliflər almısınız?
- Bəli, təkliflər gəlib, ancaq alınmayıb.
- Azərbaycandan sizinlə maraqlanan olub?
- Həm Türkiyə, həm də Azərbaycan klublarından təkliflər almışdım. Ancaq adlarını açıqlamağım düzgün olmaz.
- Azərbaycanda yenidən çalışmaq istəmədiniz, yoxsa şərtlərdə razılığa gəlmədiniz?
- Əlbəttə ki, yenidən Azərbaycanda işləmək istərdim. Ancaq razılığa gələ bilmədik.
- Topaz Premyer Liqasını izləyirsiniz?
- Əlbəttə. Çempionatınız çox maraqlı keçir. On komanda ilə dörd dövrəli oyun sistemi həqiqətən çempionatı çox maraqlı edib. Gərgin və həyəcanverici oyunların şahidi oluruq.
- Yəqin ki, sabiq komandalarınız "Qəbələ" və "Qarabağ"ın oyunlarına marağınız daha çoxdur.
- Bəli, əslində bütün oyunları izləməyə çalışsam da, bunu etmək asan deyil. Həm də bütün qarşılaşmalar canlı yayımlanmır. Bundan başqa Türkiyədəki oyunları da izləməyə çalışıram. Avropanın da bəzi oyunlarını diqqətdə saxlayanda vaxtım qalmır. Amma "Qəbələ" və "Qarabağ"ın əksər oyunlarını baxıram. Digər komandaları da yaxından tanıyacaq qədər izləyirəm.
- Sizin dövrünüzlə müqayisədə "Qarabağ" və "Qəbələ"nin oyunlarında nə kimi fərq var?
- "Qarabağ" elə həmin oyununu sərgiləyir. Təmkinlə ötürmələr edərək qol epizodları yaradan bir komandadır. Bu mövsüm əvvəlki illərdən fərqli olaraq, yaranan fürsətləri qola çevirə bilən daha bacarıqlı futbolçuları var. Buna görə də nəticələri yaxşı olur. "Qəbələ" isə yaxşı dövrünü yaşamır. Bu komanda haqqında indi danışmaq mənim üçün çətindir. Pis günlərini yaşayan komandanı tənqid etmək asandır. Ancaq sabiq komandam haqda çox danışmaq istəmirəm. Mən baş məşqçi olduğum dönəmdə tamamilə fərqli oyunçular var idi. Onlardan 1-2-si indi də oynayır. Ancaq Yuri Syomin onları fərqli mövqedə oynadır. Yəqin Syomin məndən fərqli düşünür. "Qəbələ" mövsümün əvvəllərində yaxşı irəliləyirdi. Fikir verin, həmin dövrdə də "Neftçi", "İnter" və "Bakı" zəif çıxış edirdi. Hətta "İnter" 5-6 tur autsayderlər qrupunda oldu. Ancaq bu gün fərqli mənzərənin şahidiyik.
- Həmyerliləriniz Mustafa Dənizlinin "Xəzər Lənkəran"da, Güvənc Kurtarın isə "Rəvan"da uğur qazanacağına inanırsınız?
- Dənizlinin qış fasiləsindən sonra "Xəzər Lənkəran"ı yuxarı pillələrə yüksəldəcəyini düşünürdüm. Ancaq tam olaraq gözlənilən nəticəni qazana bilmədi. Güvənc Kurtarın işi isə daha çətindir. "Rəvan"da çalışmağın çətin olduğunu bilirəm. Komandanın imkanları digərləri kimi deyil. Hər iki mütəxəssis gələn mövsüm də komandada qalsalar, yaxşı nəticələr qazana bilərlər. Ancaq Topaz Premyer Liqada uğur qazanmaq çox çətindir. Kiminsə adı və xərclənən pullar uğura zəmanət vermir.
Ramiq AĞAMƏMMƏDOV
Arteta, Hau, Moyes…
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində