"Neftçi" mövsümə qələbəylə başladı

"Neftçi" mövsümə qələbəylə başladı
ÖLKƏ FUTBOLU 16 Avqust 2009 / 21:55 4213
-  A +

Qol.Az bu gün saat 18:00-dan etibarən Premyer Liqanın birinci turu çərçivəsində keçirilən son iki matç - "Qəbələ" - "Simurq" və "Olimpik-Şüvəlan" - "Neftçİ" qarşılaşmalarından canlı mətn-reportaj yayımladı.

16 avqust (bazar)
"Olimpik-Şüvəlan" - "Neftçi" 0:1 
"Şəfa" stadionu
Hakimlər: Əliyev Vüsal, Musayev Vaqif, Məmmədov Orxan, Həmzəyev Əfqan

 

Oyun başa çatdı.

90+3. Quqlemonun zərbəsindən sonra top qapının üstündən keçdi.

90. Hakim oyunun sonuna 4 dəqiqə əlavə etdi.

84. Elşən Poladov bu dəfə də möhtəşəm reaksiya nümayiş etdirdi. Kruqlovun zərbəsi çox təhlükəli alınmışdı.

81. Ruslan Əmircanov sarı vərəqəylə cəzalandı.

80. "Neftçi"də sonuncu dəyişiklik. Zaur Tağızadəni Valentin Atem əvəzlədi.

78. "Olimpik-Şüvəlan"ın heyətində sonuncu oyunçu dəyişikliyi baş verdi. Faəllığıyla seçilən Tərlan Xəlilovu Əndər Günlü əvəzlədi.  

77. Mandiçin zərbəsi az fərqlə qapının üstündən keçdi.

71. "Olimpik-Şüvəlan" meydanda azlıqda qaldı. Kamara hakimlə mübahisə etdiyinə görə ardıcıl iki sarı vərəqə və avtomotik qırmızı vərəqəylə cəzalandı.

68. Meydan sahibləri real qol şansını əldən verdilər. İlqar Qurbanovun zərbəsi dəqiq alınmadı.  

65. "Olimpik-Şüvəlan" hesabı bərabərləşdirə bilərdi. Lakin Mandiç topa toxuna bilmədi.  

64. Böyükağa Ağayevin ardından Əsgər Abdullayev də ikinci əvəzetmə hüququndan yararlandı. Roman Qoqinaşvilini Nuqzar Kvirtiya əvəzlədi.  

63. Rail Məlikovu Ruslan Əmircanov əvəzlədi.

62. Quqlemonun sevinməsinə yenə də Elşən Poladov imkan vermədi.

60. "Olimpik-Şüvəlan"dan Kozaçuk qapıya qüvvətli zərbə endirsə də, top qapının üstündən keçdi.  

55. "Neftçi"nin hücumu təhlükəli alına bilərdi. Lakin Laşenkov Quqlemona zərbə endirməyə imkan vermədi.

52. "Olimpik-Şüvəlan"dan Roman Qoqinaşvili sarı vərəqəylə cəzalandı.  

49. İlqar Qurbanov cərimə zərbəsindən topu birbaşa qapıya göndərsə də, "Neftçi"nin müdafiəçiləri təhlükəni sovuşdura bildilər.

"Neftçi"də isə Elmar Baxşıyevi Marian Aliuta əvəzlədi.

"Olimpik-Şüvəlan" ikinci hissəyə dəyişikliklə başladı. Meydana Nikolay Kozaçuk daxil oldu. O Artyom Vaskovu əvəzlədi.   

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45+4. İlqar Qurbanov topa istədiyi kimi zərbə vura bilmədi.

45+1. "Olimpik-Şüvəlan" oyun ərzində ən real qol epizodunu boşa verdi. Doroş Miçoviçlə təkbətəkdən yararlana bilmədi.

Hakim oyunda yaranan fasiləyə görə birinci hissənin sonuna 5 dəqiqə əlavə etdi.

40. Kruqlovun zərbəsi qüvvətli alınsa da, Elşən Poladov topa fantastik reaksiya göstərərək, qapısını qoldan xilas etdi.

Artıq problem həll olundu. Oyun qaldığı yerdən davam edir,

Komandalar artıq meydanın kənarındadırlar. Matçın baş hakimi Vüsal Əliyev bildirib ki, oyun yalnız projektorun işıqları yanandan sonra davam edəcək.

37. Bu dəqiqələrdə oyun dayanıb. "Şəfa" stadionunun projektorlarından biri sönüb.  

30. Doroşun zərbəsi qeyri-dəqiq alındı.

27. Zaur Tağızadədən gözəl hərəkətlər. Rəqibin 3 futbolçusunu arxada qoyan kapitan Kruqlova ötürmə verdi. Estoniyalı futbolçunun zərbəsi təhlükəli alındı.

22. Nyaqa "Neftçi"nin ikinci qolunu vura bilərdi. Lakin Elşən Poladov bu dəfə zərbənin qarşısını ala bildi.

21. "Olimpik-Şüvəlan"ın növbəti hücumunun qarşısını Miçoviç ala bildi.

19. İlqar Qurbanov iki rəqibini arxada qoyub cərimə meydançasına daxil oldu. Rail Məlikovla mübarizədə İlqar yerdə qalsa da, hakim futbolçunun simulyasiya etdiyini bildirərək, ona sarı vərəqə göstərdi.  

14. Kamaranın zərbəsi qapıdan aralı keçdi.

12. Laşenkovun yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı. Miçoviç son anda "Neftçi"ni qoldan xilas etdi.  

9. QOLLL. Leonard Naydin "Neftçi"ni hesabda önə keçirdi.

7. Meydan sahibləri ardıcıl iki epizodda "Neftçi"nin qapısı qarşısında təhlükəli epizod yarada bilərdilər. Lakin ilk halda Doroşa zərbə vurmağa imkan verilmədi. Daha sonra isə müdafiəçilər çətinliklə də olsa, topu uzaqlaşdıra bildilər.

6. "Olimpik-Şüvəlan"ın futbolçusu uzaq məsafədən qapıya doğru zərbə endirsə də, Miçoviç yerindədir.

2. Oyunda qapıya doğru ilk zərbəni "Neftçi"dən Naydin endirsə də, top qapıdan aralı keçdi.

Oyun başladı.

 

 

"Qəbələ" - "Simurq" 2:1 
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu
Hakimlər: Əhmədov Rövşən, Vasilyev Roman, Mahmudov Mehman, Məmmədov Rasim                                                            

 

Ötən mövsümün bürünc mükafatçısı "Simurq" mövsümə məğlubiyyətlə başladı.

Oyun başa çatdı.

90. "Simurq" son dəqiqələri hücumda keçirsə də, "Qəbələ"nin müdafiəsini yara bilmir.

77. Oyun sona yaxınlaşsa da, komandalardan heç biri fəallıq göstərmir. Demək olar ki, ikinci hissə başlayandan etibarən mübarizə meydanın mərkəzində keçir.

64. İkinci hissədə qapılar qarşısında real qol epizodu yaranmayıb. "Simurq" bir qədər üstündür. Lakin hesab "Qəbələ"nin xeyrinədir.

51. İkinci hissəyə komandalar sakit tempdə başlayıblar. Mübarizə əsasən meydanın mərkəzində keçir. Qapılar qarşısında təhlükəli epizod yaranmayıb.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

44. "Simurq" ilk 45 dəqiqənin sonunu tamamilə hücumda keçirsə də, hesabı bərabərləşdirmək hələ ki mümkün olmayıb.

39. Qoldan sonra da "Simurq" hücumlarını davam etdirir.

31. QOL. "Simurq" hesab arasındakı fərqi azaltdı. Sergey Artyux fərqləndi.

23. QOL. "Qəbələ" ikinci qolu "Simurq"un qapısından keçirdi. İqor Melnik fərqləndi.

17. Sergey Artyux hesabı bərabərləşdirə bilərdi. Lakin "Qəbələ"nin qapıçısı ukraynalı forvardın sevinməsinə imkan vermədi.

10. QOL. Meydan sahibləri ilk ciddi hücumdaca hesabı açdılar. Komandanın kapitanı Kənan Kərimov fərqləndi.  

5. Oyuna qonaqlar fəal başlayıblar. Artyux startdaca hesabı aça bilərdi. Lakin zərbəsi qeyri-dəqiq alındı.

Oyun başladı.

 

14 avqust (cümə)
"Muğan" - "Standard" 1:0
Hakimlər:
Salmanov Anar, Əsgərov Azər, Əliyev İlham, Mütəllimov Azad
QOL:
Oleq Qveseliani (57, avtoqol)

 

15 avqust (şənbə)
"İnter" - "Karvan" - 1:0 

"Şəfa" stadionu
Hakimlər: Yusifov Fariz, Əsədov Ramiz, Musayev Elman, Məmmədov Elçin

"İnter" çətinliklə də olsa, mövsümə qələbəylə başladı. Kaxaber Txadadze isə rəsmi oyunlarda "İnter"in baş məşqçisi kimi ilk qələbəsini qazandı.

Oyun başa çatdı.

87. "İnter"də növbəti dəyişiklik. Qutini Asif Məmmədov əvəzlədi.

86. Bu dəfə də "Karvan"dan İsmayıl Məmmədov sarı vərəqəylə cəzalandı.

85. Hakimə etiraz etdiyinə görə, Aleksandr Çertoqanov sarı vərəqəylə cəzalandı.

85. Pereyra topa istədiyi kimi toxuna bilmədi. Əks halda hesab bərabərləşəcəkdi.

83. "İnter" ikinci qolu vurmağa yaxın idi. Lakin nə Karlsons, nə də Quti fürsətdən istifadə edə bildi.

79. "İnter"də isə Petar Zlatinovun əvəzinə Branislav Çervenko oyuna daxil oldu.  

79. Yunis Hüseynov sonuncu oyunçu dəyişikliyini edir. Atayevi Bamba əvəzlədi.

77. "Karvan" hesabı bərabərləşdirməyə yaxın idi. Lakin Qomeşin zərbəsi qapının yanından keçdi.

76. Zlatinovun zərbəsi qapının yanından keçdi.

74. "Karvan" ikinci dəyişikliyi edir. Ömər Berdiyevi Edvinas Lukvinas əvəzləyir.

72. "Karvan" meydanda azlıqda qaldı. Yadullayev ikinci sarı vərəqə və avtomatik qırmızı vərəqə alaraq, meydanı tərk etdi.

70. QOLL. Karlssons hesabı açdı. "İnter" 1:0 irəlidədir.

68. "Karvan"da əvəzetmə. Anar Həsənovu Andre Ladaqa əvəzlədi.

65. İlham Yadullayev sarı vərəqəylə cəzalandı.

60. Mcvanadze sarı vərəqəylə cəzalandı.

55. Quti hesabı açmağa yaxın olsa da, növbəti dəfə şansını boşa verdi.

52. "Karvan" daha bir qol şansını boşa verdi. Künc zərbəsindən sonra "İnter"in qapısı qarşısında qarışıqlıq yaransa da, topa toxunan olmadı.

50. "İnter"in hücumu təhlükəli alına bilərdi. Lakin Rubins oyundan kənar vəziyyətə düşdü.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

42. Bu dəqiqələrdə üstünlük əsasən "İnter"in tərəfindədir. Lakin "bankirlər" rəqib müdafiəsini yarmaqda çətinlik çəkilər.

35. Zlatinovun asması təhlükəli alınsa da, Xarçuk yenə topu tutdu.

27. Zlatinov hesabı açmağa yaxın idi. Lakin Xarçuk bolqar futbolçunun sevinməsinə imkan vermədi.

22. "Karvan" daha bir şansı boşa verdi. Bu dəfə də Qomeşin zərbəsi qeyri-dəqiq alındı.

21. "Karvan" hesabı açmağa yaxın idi. Lakin Atayevin zərbəsini Lomaya son anda qaytara bildi.

17. Qutinin zərbəsi dəqiq alınmadı.

13. "Karvan" qapıya doğru ilk zərbəni endirdi. Lakin Fereyranın cərimə zərbəsindən vurduğu top qapının üstündən keçdi.

12. Bu dəfə "İnter"dən Assioli sarı vərəqəylə cəzalandı.  

11. Oyunda ilk sarı vərəqə "Karvan"dan Qomeşə göstərildi.

10. Levinin qüvvətli zərbəsinin qarşısını "Karvan"ın yeni qapıçısı Xarçuk ala bildi.  

7. "Karvan"ın hücumu təhlükəli alına bilərdi. Lakin Mahir Şükürov Leandro Qomeşin ötürməsinin qarşısını ala bildi.

5. "İnter" oyunda ilk real qol epzidunu yaratdı. Lakin Qutinin yaxın məsafədən zərbəsi qeyri-dəqiq alındı.

2. Oyuna "İnter" fəal başlayıb. Zlatinovun zərbəsi təhlükəli alınmadı.

Oyun başladı. 

 

Daha çox


Son xəbərlər