Əslində, Almaniya komandasına qarşı dünənki oyunda möcüzə gözləmək sadəlövhlük olardı. Gəlin etiraf edək ki, Azərbaycan milli komandası bu gün Almaniya kimi bir nəhəngi məğlub etmək gücündə deyil, elə ondan bir xal almaq da əsl sensasiya hesab oluna bilər. Bu mənada, Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyətini tam qanunauyğunluq saymaq olar.
Bəli, dünən möcüzə baş vermədi. Bir qədər möcüzəyə bənzər hadisə bu idi ki, Berti Foqts start heyətinə birdən-birə on azərbaycanlı (!) futbolçunu daxil etmişdi. Halbuki buna qədər biz millinin ilk «11»liyində ən azı 4-5 əcnəbi futbolçunu görməyə vərdiş etmişdik. Yenə sağ olsun, Avropada yerli futbolçuların gücüylə uğurlar əldə edən «Qarabağ» komandasını, Berti Foqtsu heyətə əl gəzdirməyə məcbur edə bildi!
Dünən meydanda hamıdan çox olan, komandamıza hamıdan çox can yandıran azərbaycanlı futbolçular idi… Milli komandamızı, klublarımızı nə hala gətiriblərsə, görün, indi biz nəyə sevinirik: heyətdə azərbaycanlı futbolçuların çoxluğuna. Lakin uduzsaq da, sevinməyə əsas var: Azərbaycan milli komandasının AZƏRBAYCANLI futbolçuları başda Berti Foqts olmaqla onlara hələ də inanmayan futbol çinovniklərinə bir şeyi sübut edə bildilər: azərbaycanlı futbolçu futbol oynamağı bacarır, öz vətənini, millətini ürəkdən sevir və azərbaycanlı futbolçu hal-hazırda bu ölkədə çıxış edən legionerlərdən qat-qat üstün oyun nümayiş etdirir.
Dünən meydanda olan Azərbaycan millisi cəmi iki ay əvvəl Türkiyəyə 0:2, Uelsə 0:1, İspaniyaya 0:6 hesabıylə və biabırçı oyunla məğlub olan legioner yığınağından ibarət Azərbaycan komandası deyildi. Dünən meydanda olan əcnəbinin, legionerin çıxış etdiyi komanda yox, bizim öz komandamız idi, doğma Azərbaycanımızın komandası, xalqın, millətin komandası… Nəhəng almanlara uduzan da Azərbaycan futbolçusuydu. Uduzanda da ləqayətlə, şərəflə uduzmağı bacaran Azərbaycan futbolçusu…
Bəli, uduzduq, amma bacardığımızı ortaya qoyduq. Alman məşqçilər və futbolçular özləri də etiraf etdilər: «Biz sizdən belə oyun gözləmirdik». Almanlar başqa heç kimi yox, məhz bizi nəzərdə tutur, bizim futbolçuları, yəni azərbaycanlı futbolçuları.
Düzdür, almanlarla oyunda bu futbolçular ortaya fövqəladə nəsə qoymadılar. Amma bu seçmə mərhələdə komandamız axır ki, pis-yaxşı oyun göstərdi, özü də Almaniya kimi bir nəgəngə qarşı. Qol da vura bilərdik. Amma nə edək ki, vuran ayağımız yoxdu. Bu da başqa bir bədbəxtçilikdir.
Bəli, biz dünən idman yarışında Almaniyaya məğlub olduq.
Hərçənd, azərbaycanlı futbolçular dünən qələbə də qazandı.
Bu, mənəvi qələbəydi.
Azərbaycanlı futbolçunun ona bugünə qədər etimad göstərmədiyi məşqçisi üzərindəki mənəvi qələbəsi…
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu
"Lion"u Endrik xilas etdi - Video
İran millisindən Trampın fikirləri ilə bağlı bəyanat
Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildi
Avropa Liqasında gecənin nəticələri
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi