Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, baş tutacaq 4 oyundan sonra bütün yarımfinalçılar müəyyənləşib.
Günün ilk qarşılaşmasında "Bakı" və "Rəvan" komandaları üz-üzə gəlib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Bakı"nı bu görüşdə istənilən heç-heçə də qane edəcəkdi. Lakin matçın sonlarına yaxın hesabı açan "Rəvan" klubu oyunu əlavə vaxta daşıyıb. Burada qol olmayınca penaltilər seriyasına ehtiyac duyulub. Bu seriyada daha dəqiq oynayan Güvənc Kurtarın komandası yarımfinala yüksəlib - 9:8.
Bu mövsüm avrokuboklara vəsiqə qazanmaq ümidini kuboka bağlayan "Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Araz Naxçıvan"la qarşılaşıb. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan Mustafa Dənizlinin komandası bu görüşün əsas favoriti hesab olunurdu. Cavab matçında 1:0 hesabı ilə qələbə qazanan Lənkəran təmsilçisi yarımfinalda oynamaq hüququ əldə edib.
Topaz Premyer Liqanın vahid lideri "Qarabağ" klubu ölkə kubokunda da inamla irəliləyirdi. Ağdam təmsilçisi bu mərhələdə "Qəbələ" səddini keçməli idi. Səfərdə 0:0 hesabı qeydə alındığından Qurban Qurbanovun komandasını bu görüşdə yalnız qələbə qane edəcəkdi. Lakin səfərdə 2:1 hesabı ilə qələbə qazanan "Qəbələ" klubu yarımfinala yüksələn üçüncü komanda olub.
Günün son qarşılaşmasında azarkeşlər paytaxt derbisinin şahidi olub. 8-ci km qəsəbə stadionunda "Neftçi" və "İnter" komandaları münasibətlərinə aydınlıq gətiriblər. Bu komandalar arasında baş tutan ik görüşdə 1:1 hesabı qeydə alınmışdı. Bu baxımdan paytaxt derbisindən hansı komandanın qalib ayrılacağı böyük maraq doğururdu. Cavab oyununda 0:0 hesabı ilə başa çatdığından "Neftçi" səfərdə vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib.
19 mart
Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları
19:00. “Neftçi” – “İnter” (İlk oyun - 1:1) - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fariz Yusifov Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
8-ci km qəsəbə stadionu.
14:00. “Bakı” – “Rəvan” (İlk oyun - 1:0) - 0:1 (Penaltilər seriyası - 8:9)
Qol: Elvin Həsənəliyev, 85 (0:1)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Ramiz Məhərrəmov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
16:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan” (İlk oyun - 1:1) - 1:0
Qol: Etame Mbilla, 25 (1:0)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Teymur Fərhadov
“Xəzər Lənkəran”mərkəzi şəhər stadionu.
17:00. “Qarabağ” – “Qəbələ” (İlk oyun - 0:0) - 1:2
Qollar: Daniel Subotiç, 45+1 (0:1), Reynaldo, 61 (1:1), Viktor Mendi, 82 (1:2)
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Rza Məmmədov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu.
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi
UEFA-dan Babək Quliyevə yeni təyinat
"Hakimlər "Real"a kömək edir" - "Barselona"nın prezidenti
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
Mirça Luçesku huşunu itirdi, xəstəxanaya yerləşdirildi
Karyerasının son oyununda qol vurdu
Bu şərti qəbul etsə, "Barselona"da qalacaq
Klopp “Enfild”ə qayıtdı - Video
Bu yarışda qalib Medina-Montiel cütlüyü oldu - Video
Kasemiro bu kluba keçir
Futbol tarixində ən bahalı qadın oyunçu oldu
"Qarabağ"ın azarkeşi vəfat edib
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
“Dinamo”dan 6 qollu qələbə
Azərbaycan güləşçiləri Estoniyada 5 medal qazanıblar