DÇ-2010-un seçmə mərhələsi çərçivəsində bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları qarşılaşdı. Qol.Az saytı saat 20:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionundan canlı mətn-reportaj yayımladı.
Azərbaycan - Almaniya 0:2
Bakı. T.Bəhramov adına Respublika stadionu
Baş hakim: Alan Kelli
Baş hakimin köməkçiləri: Mark Duqlas, Damyen Makqrat
Dördüncü hakim: Yan Stoks
(Hakimlər briqadası İrlandiyadandır)
Hakim-inspektor: Luçiano Luci (İtaliya)
Komissar: Jan-Mari Filips (Belçika)
Azərbaycan: 1.Fərhad Vəliyev, 2.Rail Məlikov, 3.Saşa Yunusoğlu, 8.Aleksandr Çertoqanov, 5.Elnur Allahverdiyev, 14.Rəşad Sadıqov, 9.Samir Abbasov, 4.Mahir Şükürov, 10.Elvin Məmmədov, 7.Vaqif Cavadov, 18.Vüqar Nadirov
Ehtiyat oyunçular: 12.Səlahət Ağayev, 13.Ernani Pereyra, 15.Cavid Hüseynov, 16.Zeynal Zeynalov, 17.Fabio Luis Ramim, 6.Cəmşid Məhərrəmov, 11.Daniel Axtyamov
Almaniya: 1.Robert Enke, 16.Filipp Lam, 17.Per Mertzakker, 4.Serdar Taşçı, 2.Marsell Schater, 15.Tomas Hitspelger, 13.Mixael Ballak, 7.Bastian Şvanştayger, 14.Piotr Traxovski, 11.Miroslav Kloze, 18.Mario Qomes
Ehtiyat oyunçular: 12.Tim Vize, 3.Arne Fridrix, 5.Heiko Vesterman, 8.Marcell Yansen, 6.Sami Kheidra, 10.Mesut Özil, 9.Cacau
Oyun başa çatdı. Millimiz dünya çem pkionatının seçmə mərhələsi çərçivəsində növbəti dəfə məğlub oldu. Berti Foqtsun rəhbərliyi altında komandamız altıncı oyunda da qol vura bilmədi.
90. Cacaunun zərbəsi qapının yanından keçdi.
87. Vaqifin zərbəsi qapıdan aralı keçdi.
84. Cacaunun zərbəsi qapıdan aralı keçdi.
83. Almaniya millisinin heyətində dəyişiklik. Mario Qomesi Mesut Özil əvəzlədi.
81. Çertoqanov sarı vərəqəylə cəzalandı.
80. Axtyamovun cərimə zərbəsi qapıdan aralı keçdi.
76. Almanların heyətində daha bir oyunçu dəyişikliyi. Traxovskinin əvəzinə meydana Yansen daxil oldu.
75. Milli komandamızda dəyişiklik. Vüqar Nadirovu Daniel Axtyamov əvəzlədi.
74. Almaniya millisinin heyətində əvəzetmə. Klozeni Cacau əvəzlədi.
72. Ballak üçüncü qolu qapımızdan keçirməyə yaxın idi. Lakin Çertoqanov gözəl oynadı.
69. Traxovskinin zərbəsi qapının üstündən keçdi.
68. Almaniya millisinin künc zərbəsi təhlükəli alındı.
66. Çertoqanov topa istədiyi kimi zərbə endirə bilmədi.
64. Vaqifdən gözəl hərəkətlər. Lakin zərbə yenə də dəqiq alınmır.
62. Elvinin zərbəsini Enke tutdu.
59. Yenə eyni epizod. Bu dəfə də Mahirin ötürməsinə toxunan olmadı.
57. Millimiz sürətli əks hücum qurdu. Lakin Rail Məlikovun gözəl reydindən sonra qapıya dəqiq zərbə vuran olmadı.
53. QOL. Kloze hesabı 2:0-a çatdırdı.
52. Rail Məlikov sarı vərəqəylə cəzalandı.
51. Mahirin zərbəsi müdafiəçilərə dəyərək, auta çıxdı.
50. Almaniya millisi az qala ikinci qolu vuracaqdı. Lakin Fərhad son anda çətinliklə də olsa, Ballakın zərbəsi qaytara bildi.
49. Vüqarın zərbəsi qapının üstündən keçdi.
47. İkinci hissəyə almanlar daha fəal başlayıblar. Lakin müdafiəçilərimiz hələ ki diqqətli oynayırlar.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45. Almaniya millisi ikinci qolu vurmağa çox yaxın idi. Lakin Klozenin baş zərbəsi demək olar ki, möcüzə sayəsində qol olmadı.
42. Mahir Şükürov da sarı vərəqəylə cəzalandı.
41. Histpelgerin təhlükəli nöqtədən yerinə yetirdiyi cərimə zərbəsi "canlı sədd"dən qayıtdı.
39. Elnur Allahverdiyev sarı vərəqəylə cəzalandı.
38. Elnur qapıçıyla təkbətək çıxdı. Lakin Enke topa daha tez çatdı.
37. Millimizin növbəti qol şansı. Lakin nə Vaqif, nə də Elvin cərimə meydançasaının daxilindən dəqiq zərbə endirə bildi.
30. Almaniya millisinin növbəti hücumu. Lakin Fərhad Lamın zərbəsini qayta bildi.
25. Almanların növbəti hücumu. Lakin Fəırhad topu qaytara bildi.
24. Millimizin növbəti hücumu. Lakin yenə də sonuncu ötürmə dəqiq alınmır.
17. Almanlar daha bir qol vura bilərdi. Qapımız qarşısında təhlükəli vəziyyət yarandı. Samir Abbasov təhlükəni uzaqlaşdırdı. Komandamızın əks-hücumu... Vaqifin zərbəsini Enke zərərsizləşdirdi.
Millimiz oyuna yaxşı başlamışdı. Lakin adi bir səhvdən sonra almanlar qapımıza yol tapdılar. Samir Abbasov heç nədən səhvə yol vermişdi.
12. QOL. Şvaynştayger hesabı açdı.
10. Rəqibin hücumu. Başla qapıya zərbə... Top qapıdan aralı keçdi.
8. Daha bir hücum. Elvinin cərimə meydançasında zərbəsi müdafiəçilərddən döndü. Vüqarın təkrar zərbəsi də müdafiəçilərə dəyib qayıtdı
7. Millimiz gözəl hücum qurdu. Elvinin qapıya zərbəsini Enke tutdu
5. Şvanştaygerin qapıya zərbəsi qeyri-dəqiq oldu.
4. Almanların ilk künc zərbəsi... Qeyri dəqiq oldu. Millimiz sürətli əks-hücum imkanı qazansa da, top mərkəzdə itirildi.
2. Ballakın cərimə zərbəsi qeyri-dəqiqi oldu.
1. Millimiz oyuna fəal başladı. Vaqif qapıçıyla təkbətək çıxa bilərdi. Lakin Enke topa daha tez çatdı.
Oyun başladı. Milli komandamıza uğurlar arzulayırıq.
Komandalar artıq meydanı tərk edərək, paltardəyişmə otağına yollanırlar. Artıq orkestr də stadiondadır. Hər iki ölkənin dövlət himnləri canlı şəkildə, orkestr tərəfindən ifa olunacaq.
***
Artıq Almaniya millisi də meydandadır.
***
Milli komandamız artıq meydandadır. Futbolçularımız meydana daxil olan kimi ilk növbədə azarkeşləri salamladılar.
***
Matçın başlamasına təxminən 1 saat qalıb. Lakin arenada çox az sayda, təxminən 2000-ə yaxın azarkeş var.
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu
"Lion"u Endrik xilas etdi - Video
İran millisindən Trampın fikirləri ilə bağlı bəyanat
Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildi
Avropa Liqasında gecənin nəticələri
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi