Qurban Qurbanov: "Çempionluq haqda danışmaq hələ tezdir"

Qurban Qurbanov: "Çempionluq haqda danışmaq hələ tezdir"
ÖLKƏ FUTBOLU 16 Mart 2014 / 19:32 3954
-  A +

"Yaxşı qələbə qazandıq, vacib 3 xal əldə etdik. Hər qarşılaşmada yaxşı oyun göstərib 3 xal qazanmaq vacibdir".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban  Qurbanov Topaz Premyer Liqanın 26-cı turunda "İnter"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O,  oyunların sıx qrafiklə keçirilməsinin onlar üçün çətinlik yarada biləcəyini vurğulayb.

Q.Qurbanov qeyd edib ki, komandası lider olmasına baxmayaraq, çempionluq haqda danışmaq hələ tezdir:

"Artıq növbəti oyunlara hazırlaşmalıyıq. Qarşıda hələ 10 tur var, indidən çempionluq haqda danışmaq hələ tezdir. Kiçik bir diqqətsizlik oyunumuza təsir edə bilər”.

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner