Pantiç: "Sabah bizi qələbə gözləyir"

Pantiç: "Sabah bizi qələbə gözləyir"
ÖLKƏ FUTBOLU 15 Mart 2014 / 13:50 2651
-  A +

"Günbəgün oyunlar çətinləşir. Artıq turnir cədvəlində rəqibi önləmək üçün şans yaranıb. Cari mövsüm iki dəfə “Qəbələ”yə məğlub olmuşuq. Amma sabah bizi qələbə gözləyir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib:

Topaz Premyer Liqanın 26-cı turu çərçivəsində sabah "Qəbələ" ilə keçiriləcək oyunöncəsi danışan serbiyalı mütəxəssis çempionatda rəqabətin getdikcə daha da çətinləşdiyini bildirib: "Eyni zamanda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandalar arasında 1-2 xallıq fərqlər var. Bu isə özlüyündə rəqabəti daha da çətinləşdirir. Əsas rəqiblərlə aradakı xal fərqini aradan qaldırmaq işi məni qorxutmur.

Sadəcə, AFFA-nın İcraiyyə Komitəsinin son iclasında növbəti mövsüm aşağı liqaya düşəcək komandanın olmaması haqda verilən qərarın çempionata marağı azaltmasını düşünürəm. Premyer Liqanın ortasında belə bir xəbərin çıxmasını mən heç yerdə görməmişəm. Nisbətən aşağı pillədə olanlar mübarizə aparmalı olduqları halda, bundan sonra ona əhəmiyyət verməyəcək. Marağın azalması bizi qayğılandırır. Ancaq mən neyləyim, dəyişə biləcəyim bir şey yoxdu. Son ana qədər avrokuboklara vəsiqə uğrunda döyüşməliyik”.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu