Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bugünkü mətbuat konfransında avroliqada «Qarabağ» və «Bakı»nın uğurla mübarizə apardığını qeyd edib və ardınca işlətdiyi bir fikirlərilə bu uğurlara kölgə salıb. Daha dəqiqi, sabah qarşılaşacağımız Almaniya komandasıyla bağlı jurnalistin sualını cavablandırarkən nəyə görəsə Foqtsun yadına birdən-birə «Qarabağ» komandasının əzab-əziyyətlə məğlubiyyətə uğratdığı Finlandiyanın «Honka» komandası düşüb. Almaniyalı məşqçinin açıqlamasına diqqət yetirin: «Almaniya millisi «Honka» deyil».
Əlbəttə, peşəkar məşqçi olan Foqtsun bu fikrinin əleyhinə getmək niyyətində deyilik. Mətləbi çox uzatmadan onu demək kifayətdir ki, Finlandiya və Almaniya futbolunu tərəzinin eyni gözünə qoymaq ən azı sadəlövhlük olardı. Bəli, Almaniya «Honka» deyil və ola da bilməz.
«Honka» avroliqada özüylə bərabər və bəlkə də özündən birbaş üstün olan komandalarla mübarizə aparıb, birini udub, digərinə uduzub. «Honka»nı mübarizədən «Qarabağ» komandası kənarlaşdırıb. Necə, hansı əziyyətlə, bunu bizim futbol azarkeşləri yaxşı bilirlər.
Əslində kimsə «Honka»nı dağ başına qaldırmır. Bəli, «Honka» çox güclü və nəhəng komanda deyil. Amma bu, peşəkar məşqçi kimi Avropa çempionu adını qazanan birisinə həmin klubu aşağılamağa ixtiyar vermir. Berti Foqts bu gün səsləndirdiyi fikirlərlə əslində biz azərbaycanlıların - «Qarabağ» komandasının çoxsaylı azarkeşinin hissələriylə oynayıb. «Almaniya» «Honka» deyil» söyləmək «Qarabağ»ın Avropadakı uğurlarına gölgə salmaq deyil, bəs nədir?
«Qarabağ»ın futbolçusu sabah Azərbaycan milli komandasının tərkibində Almaniyaya, bundan təxminən bir həftə sonra isə Hollandiyada «Tvente»yə qarşı oyunda meydana çıxacaq. Belə mühüm matçlar ərəfəsində Berti Foqts, yəni Azərbaycan milli komandasının baş məşqçisi işləyən bir adam futbolçuya inam bəxş etmək əvəzinə onu ruhdan sala biləcək açıqlama verir.
… «Qarabağ» avroliqada bu mərhələyə asanlıqla gəlməyib. Berti Foqtsdan fərqli olaraq, «Qarabağ»ın idarəçiləri, məşqçilər korpusu komandaya faydasız legionerləri deyil, Azərbaycana can yandıran, Azərbaycanı və onun xalqını sevən vətənpərvər futbolçuları toplayıb. «Qarabağ»ın Avropadakı zəfərinin sirri bu futbolçulardakı böyük inamın, sarsılmaz birliyin nəticəsində mümkün olub.
Cənab Foqts, bəli, Almaniya «Honka» deyil.
«Qarabağ»ın diz çökdürdüyü digər rəqib «Rusenborq» da qətiyyən Almaniya ola bilməz. Amma inanın, «Rusenborq» Almaniya ola bilməsə də, sizin məğlub edə bilmədiyiniz Uels, Lixtenşteyn və Finlandiya komandasından çox-çox güclü klubdur.
"Monako" onunla müqaviləni uzatdı
"Yamalın etdikləri adamı qorxudur" - "Real"ın futbolçusu
Millimiz Qazaxıstana uduzdu
"Kəpəz"in "Neftçi" üzərində qələbəsi - Video
Poqba futbola qayıdır
"Neftçi"nin sabiq futbolçusundan tənqid
"Borussiya"da itki
"Neftçi"dəki işimə görə pərişan deyiləm" - Qriqorçuk
"Bundan sonra daha yaxşı oyunlarımız olacaq" - Azər Bağırov
"Kəpəz" "Neftçi"yə 4 qolla qalib gəldi
“Real”da vəziyyət yaxşı görünmür" - Toni Kroos
"Qəbələ"in "Bakı Sportinq" üzərində qələbəsi - Video
1-ci Liqa: "Qəbələ" səfərdə qalib gəldi
"Haaland vəhşidir"
“Kəpəz" - "Neftçi": Heyətlər
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Erik Ten Haqın əvəzləyicisi tapıldı
Ramos "Yuventus"da?
Türkiyə millisinin heyəti müəyyənləşdi
Azərbaycan yığması Avro-2025-ə ilkin mərhələdən başlayacaq
Millimiz UEFA İnkişaf Turnirində son oyununa çıxır
Kökçünün komandasından məğlubiyyət
"Qəbələ"də ayrılıq
Azərbaycan millisinin heyəti açıqlandı
Okan Buruk üzr istədi
Azərbaycan millisi Türkiyəyə qarşı
"Beşiktaş"ın "Ayntraxt"a məğlubiyyəti - Video
Azərbaycan UEFA reytinqində gerilədi
"Qalatasaray" 1 xalı belə qazandı - Video
Santuş bu gün millimizin heyətini açıqlayacaq
Respublika Stadionundakı 3 qol - Video
"Qarabağ" Avropa Liqasında neçəncidir?
Sumqayıtda şotlandlar qalib gəldi
"Əvvəl ola bilər ki, daha istəkli idik" - Qurban Qurbanov
"Bu gün daha məntiqli oynadıq" - "Malmö"nün baş məşqçisi
“Qarabağ” “Malmö”yə də uduzdu
"Real" "Liverpul"un futbolçusunu hədəfləyib
“Malmö” fasilədə qapıçını dəyişdi
“Qarabağ”ın oyunundan maraqlı anlar - Şəkillər
"Flik bəhanə axtarmır" - "Barselona"nın prezidenti
"Yuventus"un futbolçusu sıradan çıxdı