Berti Foqts: “Təəssüf ki, bütün planlarımız klublarımızın avrokuboklardakı çıxışına görə pozuldu”

Berti Foqts: “Təəssüf ki, bütün planlarımız klublarımızın avrokuboklardakı çıxışına görə pozuldu”
ÖLKƏ FUTBOLU 8 Avqust 2009 / 15:21 2440
-  A +

“Almaniyayla oyuna hazırlıq planı çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırırdıq. Lakin təəəssüf ki, bütün planlarımız klublarımızın avrokuboklardakı çıxışına görə pozuldu. Bununla belə, çalışacağıq ki, mövcud problemləri aradan qaldıraq”. Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts bu gün jurnalistlərlə görüşündə deyib. Foqts bildirib ki, millimizin Almaniyayla oyunda qol vuracağına inanır: “Rəqibimiz çox güclüdür. Bu da istər-istəməz komandada gərginlik yaradır. Bununla belə, biz öz meydanımızda oynayacağıq. Rəqibdən qorxmuruq. İnanıram ki, Almaniya millisinin qapısına yol tapacağıq. Gənc komandamız var və sonadək mübarizə aparacağıq”.

 

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?