«Qarabağ»ın Avroliqanın pley-off mərhələsində Hollandiyanın «Tvente» klubu ilə düşməsi bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun sevincinə səbəb olub.
“Azərbaycan klubunun Hollandiyaya səfər edəcəyindən çox sevindim». Bu sözləri Qol.Az-a verdiyi açıqlamada Hollandiyadakı “Azərbaycanın Dostları» Cəmiyyətinin sədri Elman Mustafazadə söyləyib. Hollandiyada beş min nəfər azərbaycanlının yaşadığını vurğulayan E.Mustafazadə onların çox vətənpərvər, millətini, torpağını sevən insanlar olduğunqu deyib: «Aralarında gənclər çoxluq təşkil edir. Elə mən özüm də bilavasitə həmin gənclərlə işləyirəm. Demək olar ki, 90 faizi bir-birni tanıyır. Çünki Hollandiya kiçik dövlətdir». E.Mustafazadə Hollandiyada yaşayan həmvətənlərimizin “Qarabağ”ı yüz faiz dəstəkləyəcəklərini bildirib: «Bu məsələdə hansısa təbliğata, reklama ehtiyac da yoxdur. Üstəlik onu da qeyd edim ki, Hollandiyada Cənubi azərbaycanlılar daha çoxdur və onların sayı bəlkə də 100 mindən yuxarıdır. Özü də Avropadakı Azərbaycan diasporları arasında ən güclüsü bəlkə də elə Hollandiyadadır. Orada yaşayanlar “Azərbaycan” kəlməsi olan hər yerə gedirlər. Hətta Azərbaycanla bağlı elə məlumat əldə edirlər ki, heç ölkəmizdə yaşayan azərbaycanlılar onu bilmirlər. Bu yaxınlarda Belarusun boks komandası bu ölkəyə turnirə gəlmişdi və onların heyətlərində bir nəfər azırbaycanlı var idi. İnanın, bizim azərbaycanlı uşaqlar həmin boksçunu layiqincə dəstəklədilər, onu qonaq aparıdılar. İki il əvvəl milli komandamız Belçikada o ölkənin millisi ilə qarşılaşarkən də bizim diaspor təşkilatının üzvləri bayraqlar və şüarlarla gedib komandamızı dəstəkləmişdlər. Bu arada “Qarabağ”ın “Rusenborq” və “Honka” komandalarını məğlub etmələrini Hollandiya azərbaycanlıları böyük sevincə bayram etdilər».
E.Mustafazadə bildirib ki, sıravi azərbaycanlılardan başqa, yəqin ki, diplomatik korpusun nümayəndələri də komandamızın yanında olacaqlar: «Üstəlik, ortada Qarabağ adı var və onun təmsil etdiyi Ağdam da hazırda işğal altındadır”.
Kapitan 100-ü yarıladı
FİFA qadağanı ləğv etdi
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya
"Milan" bu transferi həll etdi
"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı
1-ci liqada həftənin hakimləri məlum oldu
Dani Alveş Portuqaliya klubunu alır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Real" azarkeşləri: Vinisius getsin!
“Kəpəz” iki legioneri göndərdi
Favre məşqçilik karyerasını başa vurdu
PSJ-nin rəqibi müəyyənləşdi
Afrika Millətlər Kuboku başladı
"Bavariya"nın qol şousu - Video