“Qarabağ”ın Avroliqadakı möhtəşəm uğuru, Azərbaycan futbiolu tarixində ilk dəfə olaraq avrokuboklarda dördüncü mərhələyə yüksəlməsi dövlət başçısı İlham Əliyevin də diqqətindən kənarda qalmayıb. Qol.Az-a “Qarabağ”ın mətbuat xidmətindən verilən məlumata görə, bu gün dövlət başçısı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova zəng edərək, uğurlu çıxışı münasibətiylə təbrik edib. İlham Əliyev “Qarabağ”ın nailiyyətini müstəqil futbol tariximizin ən böyük uğuru kimi qiymətləndirib və gələcək oyunlarda uğurlar arzulayıb.
Baş məşqçi Qurban Qurbanovun “Qarabağ”ın rəsmi internet saytına verdiyi açıqlamda bunları deyib: “Təbii ki, ölkə prezidentimizlə danışmaq qürurvericidir. İlham Əliyev cənabları hər zaman idmana xüsusi diqqəti ilə fərqlənib. Təbii ki, prezidentimizin bu qayğısından sonra məsuliyyətimiz eyni zamanda gələcək uğurlara motivasiyamız da artıb. İnşallah, ölkəmizi 4-cü mərhələdə ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq”.
***
Az əvvəl "AzərTAc" dövlət agentliyi də prezidentin Qurban Qurbanova zəng etməsilə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanova telefonla zəng edərək, "Qarabağ" komandasını Finlandiyanın "Honka" komandasını məğlub edərək avroliqanın 4-cü mərhələsinə çıxması münasibətilə təbrik edib.Komandanın Ağdam şəhərindən olmasının və Qarabağın adını daşımasının xüsusi əhəmiyyətini vurğulayan dövlət başçısı komanda üzvlərinin tam əksəriyyətinin Azərbaycan vətəndaşlarından ibarət olmasının və məşqçinin yerli kadr olduğunun önəmini qeyd edib. Prezident "Qarabağ" komandasının əvvəlki mərhələdə də güclü futbol komandasına qalib gəldiyini vurğulayaraq bildirib ki, bütün bunlar Azərbaycanın böyük futbol potensialına malik olduğunu göstərir. Dövlət başçısı qələbə münasibətilə bütün komanda üzvlərini bir daha təbrik edib, onlara yeni qələbələr arzulayıb.
Komandanın baş məşqçisi Qurbanov təbrikə görə dövlət başçısına minnətdarlıq edib. Azərbaycan idmanına, o cümlədən "Qarabağ" futbol komandasına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə komandanın üzvləri adından minnətdarlığını bildirən baş məşqçi bu diqqət və qayğıya layiqli oyunları ilə cavab verəcəklərini bildirib".
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu