"Qarabağ"ın tarixi qələbəsi

"Qarabağ"ın tarixi qələbəsi
ÖLKƏ FUTBOLU 6 Avqust 2009 / 21:54 3403
-  A +

Qol.Az saytı bu gün saat 20.00-dan etibarən Avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Honka" (Finlandiya) komandası arasında keçirilən oyunundan canlı mətn-reportaj yayımladı. Oyun və oyundan sonrakı ən maraqlı məqamlarla bağlı yenilikləri Qol.Az-da izləyə bilərsiniz.

"QARABAĞ" - "HONKA" - 2:1 
Baş hakim:
Tomaş Mikulski
Baş hakimin köməkçiləri:
Petr Sadçuk, Konrad Sapela
Dördüncü hakim:
Hubert Seyeviç
(Hakimlər briqadası Polşadandır)
Hakim-inspektor:
Oleq Çikun (Belarus)
UEFA nümayəndəsi: Rudolf Rjepka (Çexiya)

"Qarabağ: 1 Fərhad Vəliyev, 2 Elnur Allahverdiyev, 5 Maksim Medvedev, 6 Rəşad Sadiqov, 8 Aslan Kərimov (k), 9 Elvin Məmmədov, 14 Rəşad Sadıqov, 17 Vüqar Nadirov, 20 Vaqif Cavadov, 22 Əfran İsmayılov, 24 Admir Teli
Ehtiyat oyunçular:
12 Sahil Kərimov, 3 Aftandil Hacıyev, 4 Zaur Həşimov, 7 Namiq Yusifov, 11 Rauf Əliyev, 15 Ayxan Abbasov, 18.Natiq Kərimi.
Baş məşqçi: Qurban Qurbanov

"Honka": 12 Janne Henriksson, 2 Sampo Koskinen, 3 Roope Heilala, 6 Hermanni Vuorinen, 10 Jami Puustinen, 11 Hannu Haarala, 14 Jussi Vasara, 19 Rami Hakanpaa (k), 20. Otaru Nikolas, 21 Joel Perovuo, 28. Rasmus Şüller
Ehtiyat oyunçular:
1.Tuomas Peltonen, 5.Henri Aalto, 13.Ville Koskimaa, 17.Demba Sevec, 24.Jarkko Vartto, 27.Konsta Rasimus, 29.Juuso Simpanen.
Baş məşqçi: Mika Lehkosuo

 

"Qarabağ" "Honka"nı məğlub edərək, Avroliqanın döprdüncü mərhələsinə vəsiqə qazandı. "Qarabağ" daha br tarix yazdı. İlk dəfə olaraq, Avrokubokların dördüncü mərhələsində iki Azərbaycan klubu - "Bakı" və "Qarabağ" mübarizə aparacaq.  

Oyun başa çatdı.

88. Vaqif üçüncü qolu vurmağa yaxın olsa da, zərbəsi qapıdan azca aralı keçdi.

87. Vüqar Nadirovu Rauf Əliyev əvəzlədi.

84. "Honka"dan Şüller sarı vərəqəylə cəzalandı.

81. QOLLLLLLLLL. Yenə də cərimə zərbəsi, yenə də qol, yenə də Rəşad Sadıqov!!!

78. Əfran İsmayılovu Zaur Həşimov əvəzlədi.

77. Sevecin zərbəsi qapıdan aralı keçdi,

76. Bu dəfə də Maksim Medvedyev sarı vərəqəylə cəzalandı. Son dəqiqələrdə qonaqlar təzyiqi artırıblar.

73. Elnur Allahverdiyev sarı vərəqəylə cəzalandı.

70. "Qarabağ" matçda ən real qol epizodunu boşa verdi. Qapçıyla təkbətək qalan Vüqarın zərbəsi qapının bir neçə santimetrliyindən keçdi.

66. Otaru Nikolasın zərbəsi qapının üstündən keçdi.  

63. "Honka"nın heyətində ilk əvəzetmə. Jussi Vassaranı Dembe Sevec əvəzlədi.

62. Elvindən gözəl daban ötürməsi alan Vaqifin təhlükəli zərbəsini Henriksson son anda qaytara bildi.

60. Rəşadın cərimə zərbəsindən vurduğu təhlükəli zərbə qapının üstündən keçdi.

59. "Honka"nın müdafiəçisi son anda Elvinin qarşısını kobudluqla aldı, Buna görə də hakim Ramin Hakanpaaya sarı vərəqə göstərdi.  

58. Rəşaddan gözəl hərəkətlər. Lakin rəqin müdafiəçilər topun Vüqara çatmasına imkan vermədilər.

56. Elvinin yerinə yetirdiyi künc zərbəsi təhlükəli alınsa da, müdafiəçilər topu uzaqlaşdıra bildilər.

55. Son beş dəqiqədə üstünlük tamamilə "Qarabağ"ın tərəfindədir. Lakin rəqib müdafiəçilər komandamızın hücumlarının qarşısını kəsə bilirlər.   

51. "Qarabağ"ın növbəti qol şansı. Lakin rəqib müdafiəçilər topu ondan aldılar.

49. "Qarabağ" künc zərbəsi yerinə yetirdi. Lakin Elnur topa istədiyi kimi zərbə vura bilmədi.

48. "Honka"nın hücumu təhlükəli lına bilərdi. Lakin Əfran gözəl oynadı.

46. "Qarabağ" ikinci hissəyə əvəzetməylə başladı. Aslan Kərimovu Namiq Yusifov əvəzlədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

44. Vuorinen az qala qapıçıyla təkbətək çıxacaqdı. Lakin Fərhad topa daha tez çatdı.  

37. Elvin növbəti dəfə fərqlənə bilərdi. Lakin rəqib futbolçuyla təmasdan sonra son anda yerdə qaldı.

34. QOL. "Honka" hesabı bərabərləşdirdi. Koskinen fərqləndi.

32. QOLLLLLLLLLLLLLLLLLLL. Elvin Məmmədov. "Qarabağ" 1:0 irəlidədir.

26. "Qarabağ" növbəti dəfə yaxşı əks hücum qursa da, Vaqifin ötürməsi dəqiq alınmadı.

25. "Honka" qol vursa da, hakim rəqib futbolçunun kobud oynadığını bildirərək, topu hesaba almadı.

24. "Qarabağ"dan Teli, "Honka"dan isə Vuorinnen sarı vərəqəylə cəzalandı.

23. "Honka"nın yerinə yetirdiyi dördüncü künc zərbəsindən sonra qapımızda təhlükə yaransa da, müdafiəçilərimiz topu küncə çxıardılar.

19. "Qarabağ" ardıcıl iki epizodda hesabı aça bilərdi. Əvvəlcə gözəl qurulmuş təhlükəli hücum sona çatdırılmadı. Ardınca isə müdafiəçilər son anda Vüaarın qarşısını kəsdilər.

17. Otaru Nikolasın zərbəsindən sonra qapımız qarşısında təhlükəli vəziyyət yarandı.

13. Vaqifin asması təhlükəli alınsa da, topa toxunan olmadı.

12. "Qarabağ" qapıya doğru ilk əzrbəni endirdi. Lakin Vüqarın zərbəsi bir o qədər də güclü alınmadı.

11. "Honka" qapımız qarşısında təhlükəli hücum yaratdı. Lakin Teli gözəl oyunuyla hücumun qarşısını kəsdi.

8. Vüqar qapçıyla təkbətək çıxa bilərdi. Lakin hakim oyundankənar vəziyyət qeydə aldı.  

4. "Qarabağ"ın hücumu təhlükəli alına bilərdi. Lakin Elvinin ötürməsi dəqiq alınmadı.

3. "Honka" ilk künc zərbəsini yerinə yetirdi. Müdafiəçilərimiz səhvsiz oynadılar.

1. İlk dəqiqərlədən daha çox rəqib komanda topa daha çox yiyələnir.

Oyun başladı. UĞURLAR "QARABAĞ"!

                                                          *** 

Oyunun başlamasına 20 dəqiqə qalıb, stadionda 9-10 min tamaşaçı var. 

                                                          ***
Komandalar meydandadırlar.
                                                          ***
Oyunun başlamasına 45 dəqiqə qalıb və stadionda 3-4 min tamaşaçı var.
                                                          ***
"Qarabağ"dan yalnız zədəli olan Emin İmaməliyevin adı 18-likdə yoxdur.
                                                          ***
"Honka"nın baş məşqçisi Mika Lehkosuo Helsinkidəki ilə oyunla müqayisədə start heyətdə 4-5 dəyişiklik edib. 

                                                          ***

Bu dəqiqələrdə Qol.Az-ın əldə etdiyi məlumata görə, stadionunun ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Hətta «Qarabağ» komandasının nümayəndələri belə çox çətinliklə stadiona daxil ola biliblər.

 


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi