Çempionlar liqasının üçüncü mərhələsində «Levski»yə 0:2 hesabıyla məğlub olan “Bakı”nın braziliyalı hücumçusu Feliks Felipe Almeyda bu uğursuzluğa görə Avropanın ali futbol qurumu UEFA-nı günahkar sayıb. Qol.Az-ın məlumatına görə, o bildirib ki, problemi «Bakı»da yox, UEFA-da axtarmaq lazımdır. Oyunlarımıza təyin etdikləri hakimlərin məqsədi sanki bizi uduzdurmağa yönəlib. “Levski” ilə Bakıdakı görüşdə məni az qala öldürdülər, ancaq hakim bu epizoda biganə qaldı. Sofiyada qapımıza ofsayd epizodundan qol vurdular, isveçli hakimlər buna göz yumdular. Bu azmış kimi, hələ bir baş hakim mənə heç nədən sarı vərəqə göstərdi. Onu demək istəyirəm ki, Azərbaycan komandalarının oyunlarına təyin olunan hakimlərə xüsusi seçim etmək lazımdır. Düzdür, “Levski” kifayət qədər güclü komanda olmasına şübhəm yoxdur. Sizi deyə bilmərəm, amma mən öz oyunumdan razı qaldım” - deyə Feliks bildirib.
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu