AFFA millimizə rəqib tapdı

AFFA millimizə rəqib tapdı
ÖLKƏ FUTBOLU 1 Fevral 2014 / 14:42 3609
-  A +

Martın 1-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasınn təlim-məşq toplanışı təşkil olunacaq.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış çərçivəsində martın 5-də millimiz Filippin yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, fevralın 23-də "Avro-2016"nın püşkatma mərasimi keçiriləcəyinə görə AFFA yoldaşlıq oyunu üçün rəqibi püşkatmadan əvvəl müəyyənləşdirmək qərarına gəlib.

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner