UEFA-nın tələbinə əsasən, avrokublarda çıxış edən klublarımızın ev oyunlarının müəyyən təşkilati işlərinin AFFA tərəfindən həyata keçirilməsi ilə bağlı baş katib Elxan Məmmədov KİV vasitəsilə azarkeşlərə müraciət edib. Qol.Az-ın məlumatına görə, müraciətdə baş katib ilk öncə «Bakı» və «Qarabağ» klubunun uğurlu çıxışı münasibətilə təbrik edib: "Bildiyiniz kimi, «Bakı» və «Qarabağ»ın avrokuboklarda keçirdiyi son ev oyunlarında cəmi 28 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna təxminən 35 mindən artıq azarkeş gəlib. Təbii ki, bu fakt bizi sevindirir. Çünki futbolun inkişafı ilə əlaqədar ölkəmizdə bu idman növünə maraq artır. Amma eyni zamanda, təəssüf ki, klublarımızın qeyd olunan oyunlarında təhlükəsizlik və təşkilatçılıqla bağlı nöqsanlar olub. Bütün beynəlxalq oyunlarda FİFA və ya UEFA-nın nümayəndəsi iştirak edir və oyundan sonra müvafiq hesabat hazırlayır. Təəssüf ki, «Bakı» və «Qarabağ»ın avrokuboklardakı son ev oyunları ilə bağlı hazırlanan hesabat heç də müsbət olmayıb. Bununla əlaqədar klublara xəbərdarlıq məktubu göndərilib, eyni zamanda UEFA tərəfindən tövsiyə və tələb olunub ki, klublarımızın qarşıdakı avrokubok oyunlarının təşkilatçılığını AFFA öz üzərinə götürsün və nəzarətdə saxlasın. Təbii ki, AFFA klublarla birgə bu oyunları yüksək səviyyədə təşkil etməyə çalışacaq".
Baş katib qeyd edib ki, biletlər artıq hazırdır və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. Biletlərin qiyməti 1 manatdan 3 manata qədərdir: "Xahiş edirəm ki, «Qarabağ»ı dəstəkləmək üçün bilet əldə edin və oyunun başlanmasına 2 saat qalmış stadiona gəlin. Unutmayaq ki, bu oyunlarda hər birimiz Azərbaycanı təmsil edirik. İstəmirik ki, klublarımızın beynəlxalq oyunlarda qazandığı uğurun üzərinə UEFA İntizam Komitəsinin hər hansı sanksiyası ilə kölgə salınsın.
Ümid edirəm ki, avqustun 6-da «Qarabağ»ı dəstəkləmək üçün stadionda görüşəcəyik!".
Kapitan 100-ü yarıladı
FİFA qadağanı ləğv etdi
Neymar əməliyyat olundu
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya
"Milan" bu transferi həll etdi
"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı
1-ci liqada həftənin hakimləri məlum oldu
Dani Alveş Portuqaliya klubunu alır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Real" azarkeşləri: Vinisius getsin!
“Kəpəz” iki legioneri göndərdi