Azərbaycan millisinin və "Sivasspor" klubunun hücumçusu Cihan Özkara Almaniya mətbuatına müsahibə verib. Qol.Az həmin müsahibəni təqdim edir.
- "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin heyətində dünyanın ən güclü futbolçusu Kriştiano Ronaldoya qarşı oynamısan. Ona qarşı oyunda hər hansı həyəcan hiss etmədin ki?
- Oyundan öncə həyəcanlı idim. Sanki mədəmə ağrılar girmişdi. Bununla belə, Ronaldo ilə birgə meydanda olmaq böyük şərəfdir. Onun varlığı belə stadionda xüsusi atmosfer yaradırdı. Ancaq hakimin start fitindən sonra heç kəs onun barəsində düşünmürdü. Hər kəs öz oyununa köklənmişdi.
- Oyun zamanı Ronaldo ilə fərdi mübarizən oldumu?
- Həm də necə. Mənim əsas işim standart vəziyyətlər zamanı onun qarşısını almaq idi. Təbii ki, bu da səndən böyük fiziki güc tələb edirdi. Standart vəziyyətlər zamanı ona müdaxilə etməli və başla oynamasına imkan verməməli idim. Əks halda onun qarşısını almaq mümkün deyildi. Hər kəs bilir ki, Ronaldo fürsət düşən kimi rəqibi özünəməxsus fintləri ilə keçib, qolunu vurur. Düzdü həmin oyunda biz məğlub olduq - 0:3. Lakin Ronaldo qol vura bilmədi. Bununla da, missiya başa çatdı.
- Millidəki baş məşqçin Berti Foqts 2013-cü ildə "Qızıl top"a namizədlərdən Kriştiano Ronaldoya, kapitanın Rəşad Sadıqov isə Frank Riberiyə səs verdi. Hansının qərarının daha düzgün olduğunu düşünürsən?
- Hər ikisi yüksək səviyyəli futbolçulardır. Ancaq ötən il Ronaldo "Qızıl top"a daha layiq idi. Berti Foqtsun qərarı ilə razıyam.
- Foqtsun özü də vaxtilə dünya ulduzu olub. Xüsusilə də baş məşqçi kimi...
- Foqts nəinki yaxşı baş məşqçi, eləcə də böyük insandır. Onunla işlədiyim üçün çox xoşbəxtəm və bununla qürur duyuram. Foqtsla müqavilənin müddəti uzadıldığı üçün də çox sevincliyəm.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı