Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun I köməkçisi Vaqif Sadıqov dünən Finlandiyanın paytaxtı Helsinkidə Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Honka” - “Qarabağ” matçı və milli üzvlərinin çıxışı ilə bağlı Qol.Az-saytına müsahibə verib.
- Vaqif müəllim, “Qarabağ”ın qələbəsi sizin üçün gözlənilməz olmadı ki?
- Mən ilk növbədə rəqib haqqında danışmaq istərdim. “Honka”nın son illərdə avrokuboklardakı çıxışlarını araşdırsaq, görərik ki, bu komanda bir qayda olaraq 2 mərhələ keçməyi bacarıb. Demək, təcrübəli klubdur. Yəni, “Rusenborq” üzərindəki qələbədən sonra “Honka”ya yuxarıdan-aşağı baxmaq qəti düzgün olmazdı. Şadam ki, “Qarabağ” belə bir komandanı məhz onun meydanında məğlub etməyi bacardı. Özü də bütün komponetlərdə rəqibini üstələməklə. Mənim üçün sevindirici bir məqam da o oldu ki, komandamız ikinci hissədə üstünlüyü tam ələ aldı. Halbuki, bizim klublarımızın ən mənfi cəhətlərindən biri də budur ki, ikinci hissədə yorulurlar və üstünlüyü rəqibə verirlər.
- Çoxları belə düşünür ki, “Qarabağ” bu oyunla yerli futbolçuların legionerlərdən geri qalmadığnı sübut etdi.
- Yox, gəlin yerlilərlə, gəlmələr arasında belə müqayisələr aparmayaq. Digər tərəfdən baxsaq, “Bakı”nın mərhələ keçməyində əcnəbilərin rolu oldu. Amma təbii ki, Ağdam klubunda yerli futbolçuların üstünlük təşkil etməsi və ən yaxşı, istedadlı azərbaycanlı uşaqların cəmləşməsi çox alqışalayiqdir. Bu mənada mən deyərdim ki, “Qarabağ” yavaş-yavaş əsl xalq komandasına çevrilir.
- Millinin üzvləri necə təsir bağışladılar?
- Hər oyun olduğu kimi bu dəfə də stabil çıxışları ilə yadda qaldılar. Bilirsiniz, “Qarabağ” komanda olaraq, kollektiv şəkildə yaxşı oynadığından mən də ayrı-ayrılıqda mili üzvlərini fərqləndirə bilmərəm. “Qarabağ”ın o xüsusiyyəti də xoşuma gəlir ki, bu komandada “mən” yox, “biz” anlayışı var. Yəni, hamı eyni nöqtəyə vurur, fərdi yox, kollektiv şəkildə uğur qazanmağa çalışır.
- Amma hər halda milli komandanın məşqçisi kimi sizin Finlandiyaya yolanmaqda əsas məqsədiniz milli üzvlərinin oyununa baxmaq olub.
- Elədir, razıyam. Təbii ki, komanda ümumilikdə uğur qazanıbsa, demək milli üzvləri də yaxşı təsir bağışlayıblar. Amma mən sizə deyim ki, orada tək milli komandanın formasını geyinən yox, bütün oyunçuların oyununa diqqət yetirdim. Deyərdim ki, onlar arasında da millidə oynamağa namizəd futbolçular var.
- “Qarabağ”ın növbəti mərhələyə çıxmaq şanslarının xeyli yüksək olduğunu deyə bilərik?
- Gəlin tələsməyək. Mən avqustun 6-nı gözləməyi məsləhət görərdim. Qoy, damğanı məhz həmin vaxt vuraq.
- Ümumiyyətlə, “Qarabağ”ın, daha konkret, onun baş məşqçisi Qurban Qurbanovun oyun modeli haqqında da fikirlərinizi bilmək maraqlı olardı. Skandinaviya futboluna qarşı oynamaq həmişə bizim üçün problem olub. Amma “Qarabağ” Skandinaviay təmsilçilərinə qarşı 3 oyun keçirsə də, hələ ki, qapısından top buraxmayıb.
- Mən tək taktikanı, bu iki oyunu nəzərdə tutub, danışmaq istəmirəm. Həqiqətən, Qurban Qurbanov futbola öz müasir baxış tərzi ilə seçilir. Yəni, onun dəsti-xətti, oyun fəlsəfəsi müasir futbolun tələblərinə cavab verir. Hələ ölkə çempionatı və ölkə kubokunun oyunları zamanı da bunu görmək mümkün idi və mən o vaxtdan bu fikirlərimi demişəm.
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı