"Rəvan" daha 3 futbolçu ilə müqavilə imzaladı

"Rəvan" daha 3 futbolçu ilə müqavilə imzaladı
XƏBƏR 30 İyul 2013 / 17:02 2520
-  A +

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Rəvan” klubu bu gün 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə müqavilə bağlayıb.

Kamil və İvan qarşıdakı bir, Elnur isə iki mövsümdə "aslan” olacaq.

Qeyd edək ki, daha öncə komanda Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun keçidini rəsmən həll etmişdi. Bunlar Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanov idi.

Son xəbərlər