"Neftçi"nin futbolçusu milli komanaya dəvət olundu

"Neftçi"nin futbolçusu milli komanaya dəvət olundu
XƏBƏR 30 İyul 2013 / 14:25 3486
-  A +

“Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət alıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Nasimov yığmasının heyətində 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı pley-off oyunlarında iştirak edə bilər. Özbəkistan millisi bu komanda ilə sentyabrın 6-da səfərdə, 10-də isə evdə qarşılaşacaq.

Hücumçu bu oyunlara hazırlıq məqsədilə avqustun 11-dən 15-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da çağırılıb. Özbəkistan yığması həmin toplanış çərçivəsində avqustun 14-də  Türkiyə milli komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Daha çox


Son xəbərlər