İyulun 31-də İngiltərə superliqasının 2012/13 il mövsümünün qalibi “Baku Yunayted” futzal komandası Azərbaycana gələcək. Qol.Az-ın məlumatına görə, komanda üç həftə ərzində Bakıda təlim-məşq toplantışında olacaq. Bu müddətdə “Baku Yunayted” Azərbaycanın peşəkar futzal komandaları olan “Araz”, “Neftçi” və “Ekol”la yoldaşlıq görüşləri də keçirəcək.
Baku United İngiltərə çempionu titulunu qazanandan sonra Avropa çempionatına ciddi hazırlaşır. Heyətə İngiltərə milli yığmasının dörd oyunçusundan əlavə güclü Portuqaliya milli yığmasının kapitanı, Avropanın aparıcı klubu olan “Barselona”nın müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya milli yığmasından iki oyunçu və digər ulduz oyunçular cəlb olunub. “Baku Yunayted”in baş məşqçisi Çama Himenez İspaniya futzalı tarixində ən sayılıb seçilən simalardan biri hesab edilir.
“Baku Yunayted”in UEFA kubokunda mübarizəz aparacağı B qrupunun oyunları avqustun 28-31-də Polşada keçiriləcək. Komandanın rəqibləri Polşa, Monteneqro və Albaniya komandalarıdır.
Qeyd etmək istərdik ki, İngiltərə futzal tarixində heç bir komanda UEFA-nın ilk mərhələsini keçməyə nail olmayıb. “Baku Yunayted”in bu arzunu reallaşdıran ilk komanda olması ehtimalı çox böyükdür.
İngiltərədə fəaliyyət göstərən Odlar Yurdu təşkilatı tərəfindən beş il əvvəl həvəskar bir komanda kimi yaradılan “Baku Yunayted” 2012-ci ildə İngiltərə superliqasına yüksəlib və çox keçmədən, 2012/13 mövsümündə İngiltərə futzal liqasının qalibi olub. İngilis futzalsevərləri hesab edir ki, “Baku Yuneyted” İngiltərə futzal liqasına qatılandan sonra ölkədə bu idman növündə canlanma yaranıb. Onların fikrincə, komanda İngiltərə futzal liqasının Avropa səviyyəsinə qalxmasına bünövrə yaradıb. Bundan qabaqkı 5 mövsümdə ardıcıl olaraq liqanın qalibi eyni komanda – “Helvesia” olurdu və həmin komanda İngiltərəni Avropada layiqli yerə çıxara bilmirdi. Buna görə də İngiltərə idman ictimaiyyəti “Baku Yunayted”in uğurlarına böyük maraq göstərir.
Qeyd edək ki, “Baku Yunayted” klubuna İlham Nağıyev prezidentlik edir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı