Zidan: "Tottenhem"lə münasibətləri pozmaq istəmirik"

Zidan: "Tottenhem"lə münasibətləri pozmaq istəmirik"
XƏBƏR 30 İyul 2013 / 00:01 2672
-  A +

Madrid "Real"ının idman direktoru Zinəddin Zidan klubun transfer etmək istədiyi "Tottenhem"in futbolçusu Qaret Beyl haqqında yeni açıqlamalar verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, əfsanəvi fransız oyunçu uelsli yarımmüdafiəçinin transferindən imtina etməyəcəklərini deyib:

"Beylin transferindən imtina etməmişik. Bu səviyyədə futbolçunu komandasının buraxmaq istəməsi mümkünsüzdür. "Tottenhem" onunla yeni müqavilə imzalamaq istəməklə çox düzgün addım atır".

Zidan bildirib ki, Beyl hər zaman hədəflərindəki ilk oyunçu olacaq: "Ancaq "Real"ın "Tottenhem"lə olan münasibətlərini pozmaq istəmirik. Bu transfer gerçəkləşəcəksə, düzgün formada olacaq. Biz də onu tezliklə komandaya gətirmək istəyirik".

Son xəbərlər
topaz banner