"Borussiya"nın iki futbolçusu "Barselona" hədəfində

"Borussiya"nın iki futbolçusu "Barselona" hədəfində
XƏBƏR 29 İyul 2013 / 19:00 3651
-  A +

İspaniyanın "Barselona" klubu Dortmund "Borussiya"sının iki futbolçusunu heyətinə qata bilər.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya klubu Sesk Fabreqası "Mançester Yunayted"ə satacağı təqdirdə İlkay Gündoğan və Marko Reusun transferi üçün danışıqlara başlayacaq.

"Barsa" Fabreqas və Tiaqo Alkantaranın transferindən əldə etdiyi gəliri bu iki oyunçu üçün xərcləməyi planlaşdırır.

Qeyd edək ki, Reusun Dortmund klubu ilə 2017-ci ilə, İlkayın isə 2015-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər
topaz banner