"Çelsi"nin sabiq futbolçusu "Trabzonspor"da

"Çelsi"nin sabiq futbolçusu "Trabzonspor"da
XƏBƏR 29 İyul 2013 / 18:41 3250
-  A +

Türkiyənin "Trabzonspor" klubu daha bir məşhur futbolçunu heyətinə qatıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Kvins Park Reyncers" klubunun futbolçusu Joze Bosinqva ilə üç illik müqavilə imzalanıb.

30 yaşlı müdafiəçinin Türkiyə klubunda alacağı məbləğ də artıq məlumdur. Belə ki, Bosinqva ilk iki ildə 2 milyon 126 min avro, üçüncü ilində isə 1 milyon 605 min avro qazanacaq.

Qeyd edək ki, klub bundan əvvəl Floran Maludanı transfer etmişdi.

Xatırladaq ki, 30 yaşlı futbolçu 2008-2012-ci illərdə "Çelsi"nin şərəfini qoruyub.

Son xəbərlər
topaz banner