Premyer Liqa klubunun yeni prezidenti türk oldu

Premyer Liqa klubunun yeni prezidenti türk oldu
XƏBƏR 29 İyul 2013 / 17:54 3808
-  A +

Yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq "Kardiff Siti" klubunun yeni prezidenti müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, klubun yeni prezidenti türk iş adamı Mehmet Dalman olub.

O, bu vəzifəyə seçildiyi üçün qürur hissi keçirdiyini deyib.

Xatırladaq ki, klubun sonuncu prezidenti Dato Tan bu ilin mart ayında istefa vermişdi.

Qeyd edək ki, "Kardiff Siti" ötən mövsüm İngiltərə ikinci liqasının bitməsinə üç matç qalmış üçüncü pillədəki klubdan 13 xal irəlidə olaraq Premyer Liqaya yüksələn ilk klub olub.


Son xəbərlər
topaz banner