"Real"dan sonra "Barselona"

"Real"dan sonra "Barselona"
XƏBƏR 29 İyul 2013 / 17:19 3630
-  A +

Bu yay "Real" (Madrid) klubunun üç futbolçusunu transfer edən "Napoli" indi də "Barselona"nın oyunçusunu heyətinə qatmağa hazırlaşır.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, klub Aleksis Sançezi transfer etmək istəyir.

Bu barədə "Napoli"nin prezidenti Aurelio De Laurentis jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, hücum xəttini daha bir oyunçu ilə gücləndirmək istəyirlər:
 
"Bu ya Martinez, ya da Sançez olacaq. Son qərarı isə klubun baş məşqçisi Rafael Benitez verəcək".

Qeyd edək ki, "Napoli" Madrid klubundan Raul Albiol, Xose Kallehon və son olaraq Qonzalo İquaini transfer edib.

Son xəbərlər
topaz banner