Avstriyada təlim-məşq toplanışını başa vuran “Qəbələ” hazırlıqlarını uğurlu seriya ilə tamamlayıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ölkədəki hər 3 yoxlama oyununda qələbə qazanan “qırmızı-qaralar” yay hazırlığını uğurla sona çatdırıb.
Beynəlxalq oyunlardakı 3 oyunluq qələbə seriyası əldə edən komanda Türkiyənin “Gənclərbirliyi” klubunu 3:1, Macarıstan “Zalaeqerseq”ini 3:0 məğlub etdikdən sonra Sloveniya təmsilçisi “Smartno”dan da güclü olub – 2:1.
Beynəlxalq yoxlama oyunlarındakı belə seriya “Qəbələ” üçün rekord sayılır. Belə ki, ilk belə matçına 2006-cı ildə çıxan komanda öz tarixində bundan çox qələbəni sıralamayıb. İndiki nəticə 2011-ci ilin yayında əldə olunan uğurlu seriyanın təkrarıdır. 2 il əvvəl komanda İngiltərə toplanışının sonunda ardıcıl 3 matçda qalib gəlmişdi. Yerli klublardan “Sent Albans”ı 3:2, “Hayes Yeading”i 2:1 yenən “qırmızı-qaralar” “Luton Taun”u da 3:2 hesabı ilə üstələmişdi. Bundan sonrakı toplanışda – 2012-ci ilin qışında da “Qəbələ”nin uğurlu seriyası var. Lakin həmin vaxt əldə olunan ardıcıl 2 qələbədən sonrakı matçda komanda yalnız penaltilər seriyasında rəqibindən üstün olub.
Qeyd edək ki, tarixi ərzində 53 beynəlxalq yoxlama oyunu keçirən “Qəbələ” 23 qələbə qazanıb, 10 heç-heçə edib və 20 dəfə uduzub. Bu qarşılaşmalarda 81 top vuran komanda 62-ni buraxıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı