"Qalatasaray" - "Fənərbaxça" oyununa qadağalar qoyuldu

"Qalatasaray" - "Fənərbaxça" oyununa qadağalar qoyuldu
XƏBƏR 29 İyul 2013 / 15:13 2505
-  A +

Avqustun 11-i Kayserinin "Kadir Has stadionu"nda baş tutacaq Türkiyə Superkubokunda müəyyən qadağalar olacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Fənərbaxça" ilə "Qalatasaray" arasında oynanılacaq İstanbul derbisində təhrikedici sözlərin əks olunduğu pankartların stadiona gətirilməsinə icazə verilməyəcək.

Bu qərar isə hər iki klubun azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası (TFF) bu qarşılaşmanın Azərbaycanda keçirilməsi üçün AFFA-ya müraciət etmişdi. AFFA isə vaxt azlığını əsas gətirərək təklifi qəbul etməmişdi.

Son xəbərlər
topaz banner