Klopp: “Bavariya” bizə rəqib deyil”

Klopp: “Bavariya” bizə rəqib deyil”
XƏBƏR 29 İyul 2013 / 14:18 2462
-  A +

“Borussiya”nın (Dortmund) baş məşqçisi Yurgen Klopp iddialı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, ZDF-ə danışan alman mütəxəssis "Bavariya"nın özlərinə rəqib görmədiklərini deyib:

"Hər zaman söylədiyim kimi, əgər "Bavariya" ilə oynayırıqsa, qələbə qazanmaq istəyirik. Ancaq onlar bizim rəqibimiz deyil.  Bizim əsl rəqibimiz bundesliqada olan digər 16 klubdur. Çünki Münhen təmsilçisi liqanın ən yaxşısıdır" - deyə o bildirib.

Almaniya mətbuatı Kloppun bu açıqlamasında bir ironiya olduğunu yazıb. “Bavariya”nın baş məşqçisi Xosep Qvardiolanın isə ona nə cavab verəcəyi maraqla gözlənilir.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner