Mourinyo istəmir, Qvardiola alır

Mourinyo istəmir, Qvardiola alır
XƏBƏR 29 İyul 2013 / 12:53 3623
-  A +

"Çelsi"nin futbolçusu David Luisə daha bir klub "elçi" düşüb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçini "Bavariya"nın baş məşqçisi Pep Qvardiola da komandasında görmək istəyir.

Bu transfer üçün artıq Münhen təmsilçisinin 40 milyon avroluq təklif hazırladığı bildirilir. Mourinyonun braziliyalı futbolçunu "Çelsi"də görmək istəmədiyi üçün Luisin satılıacağı iddia edilir.

Qeyd edək ki, oyunçu ilə "Barselona"da maraqlanır.

Son xəbərlər
topaz banner