"Suarez "Arsenal"a gedərsə, çox təəccüblənərəm"

"Suarez "Arsenal"a gedərsə, çox təəccüblənərəm"
XƏBƏR 29 İyul 2013 / 10:52 2369
-  A +

"Mançester Yunayted"in sabiq futbolçusu Maykl Ouen "Liverpul"un oyunçusu Luis Suarezə məsələhət verib.

Qol.Az-ın məlumatına görə, ingilis futbolçu "BBC"yə açıqlamasında uruqvaylı hücumçunun "Barselona" və ya Madrid "Real"ına getməli olduğunu deyib:

"Arsenal" "Liverpul" qədər böyük bir klubdur. Ancaq "Liverpul"dan daha böyük deyil. Əgər Suarez, "Barselona", ya da "Real" (Madrid) varkən "Arsenal"a gedərsə, çox təəccüblənərəm".

Ouen həmçinin bildirib ki, Suarezin komandadan ayrılmaq istəməsinin səbəblərini çox gözəl başa düşür.

"O, Çempionlar Liqasında və ya yüksək səviyyəli bir komandada forma geymək istəyir. "Liverpul"un hazırda bu səviyyədə olmadığı göz qabağındadır. "Arsenal"ın hazırkı heyəti ilə nələrsə edə biləcəyi sual altındadır" - deyə Oven bildirib.

Son xəbərlər
topaz banner