Azərbaycan idman jurnalistlərinin birgə bəyanatı!
Azərbaycan Premyer-Liqası, ölkə kuboku, istənilən daxili və beynəlxalq digər yarışlarda mühafizə xidmətinin təşkili məsələsində ciddi qüsurlar var. Jurnalistlərin peşə fəaliyyətinə mane olan, onu pozmağa yönələn hərəkətlər artıq kütləvi hal alıb. Qol gücünə, hərbə-zorba gəlməklə nəyəsə nail olmağa, özlərini göstərməyə çalışan mühafizə işçilərinin davranışı bezdirici səviyyəyə çatıb. Hər dəfə yeni qayda icad edərək “o olmaz, bu olmaz” deməklə işimizi lazımınca yerinə yetirməyə, akkreditasiya qaydalarına uyğun olaraq hərəkətlərə qoymayan bu şəxslərlə bağlı tədbir görülməsinin vaxtıdı. Bu səbəbdən də...
Azərbaycan idman jurnalistləri olaraq bu tərbiyəsizliyin qarşısının alınmasını, ciddi addımların atılmasını tələb edirik!
Bu, klublar və AFFA-ya birinci və sonuncu xəbərdarlıqdı. Xüsusilə də klublar (hələ ki, ad çəkməyə ehtiyac yoxdu) bu işdə “fərqlənərək”, işçilərinə həddindən artıq “səlahiyyət” veriblər. Gücə gəlincə, biz də mumdan deyilik! Ancaq hər şeyin sivil həlli yolu var. Onsuz da bərbad olan futbol sistemimizdə daha bir problemin yaranmasını istəmirik. İşimizi lazımlı səviyyədə görməyimiz, bizdən çox sizə lazımdı, cənablar!
Bu bacarıqsız, işinin nədən ibarət olduğunu bilməyən adamlarınızı təlimatlandırmanızı, onlara mətbuat nümayəndələriylə davranış qaydalarını öyrətməyinizi tələb edirik. Bir daha təkrar edirik, bu bir xahiş yox, tələbdir!
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq