“Rubin” xal itirdi, Abışov oynamadı (YENİLƏNİB)

“Rubin” xal itirdi, Abışov oynamadı (YENİLƏNİB)
XƏBƏR 28 İyul 2013 / 23:54 3266
-  A +

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu gün Rusiya Premyer Liqasında üçüncü turun oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Kazan təmsilçisi Qroznıda “Terek”in qonağı olub.

Baş məşqçi Qurban Berdıyev R.Abışovu 18-liyə daxil edib. Amma ilk dəqiqədən ehtiyatda qalan futbolçumuz matçda iştirak etməyib.

Görüş isə 0:0 hesabı ilə nəticələnib.

Üç turdan sonra beş xal toplayan Kazan təmsilçisi turnir cədvəlində dördücü yeri tutur.


Son xəbərlər
topaz banner