"Roma"dan "Arsenal"a 8 milyon avro

"Roma"dan "Arsenal"a 8 milyon avro
XƏBƏR 27 İyul 2013 / 17:33 2984
-  A +

"Roma" klubu "Arsenal"ın yarımmüdafiəçisi Cervinyonu transfer etməkdə israrlıdır.

Qol.Az-ın məlumatına görə, daha öncə 7 milyon avroluq təklifi rədd edilən Roma təmsilçisi yenidən "Arsenal"ın "qapısını döyüb".

İtaliya klubu bu dəfə 26 yaşlı futbolçu üçün 8 milyon avro verməyə hazır olduqlarını bildirib. Lakin London təmsilçisinin Cervinyo üçün 9 milyon avro tələb etməsi "Roma"nın işini çətinə salıb.

Qeyd edək ki, "Roma"nın Cervinyonun transferi üçün hücumçusu Pablo Osvaldonu da "Arsenal"a təklif edəcəyi gözlənilir.

 

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner