"Real" "Sevilya"nın futbolçusunu transfer etdi

"Real" "Sevilya"nın futbolçusunu transfer etdi
XƏBƏR 27 İyul 2013 / 16:35 4384
-  A +

Madridin "Real" klubu daha bir transferi bitirmək üzrədir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubu "Sevilya"nın futbolçusu Geoffrey Kondoqbianı komandaya gətirməyə çox yaxındır.
 
Belə ki, bu transfer üçün 12 milyon avro ödəyəcək "Real"ın fransalı yarımmüdafiəçini yaxın günlərdə rəsmən açıqlayacağı bildirilir.
Kondoqbianın komandaya gətirilməsindan sonra Madrid klubunun Sami Xedira ilə yolları ayıracağı iddia edilir.

Qeyd edək ki, alman oyunçu ilə "Çelsi" və "Monako" yaxından maraqlanır.

Son xəbərlər
topaz banner