Arsen Venger: "Çempion olacağıq"

Arsen Venger: "Çempion olacağıq"
XƏBƏR 27 İyul 2013 / 15:11 2422
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger yeni mövsüm üçün iddialı açıqlamalar verib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis istədikləri transferi həyata keçirməsələr belə, yeni mövsüm çempion ola biləcəklərini deyib:

"Güclü bir heyətə sahibik. Transferləri sadəcə komandanı daha da gücləndirmək üçün edəcəyik. Ancaq kluba yeni oyunçular gəlməsə də, "Arsenal" hər zaman çempion olacaq gücdədir. İnanıram ki, çempion olacağıq. Biz bacarıqlı futbolçuları komandaya gətirmək istəyirik".
 
Venger həmçinin bildirib ki, oyunçuların Fransa klublarına astronomik məbləğlərə transfer olması düzgün hərəkət deyil.


Son xəbərlər
topaz banner