"Qalatasaray"dan bilet satışında növbəti rekord

"Qalatasaray"dan bilet satışında növbəti rekord
XƏBƏR 27 İyul 2013 / 14:35 3251
-  A +

2012/2013 mövsümündə 41 min bilet sataraq Türkiyə rekordu qıran "Qalatasaray" öz rekordunu yeniləyib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən son 1000 bileti satışa çıxaran klubun bütün biletlərinin hamısı gün ərzində satılıb.

Bununla da, klub aprel ayından indiyə kimi satılan biletlərin sayını 45 minə yüksəldib. Bunun nəticəsində isə "Qalatasaray"ın təxminən 70 milyon avro qazandığı bildirilir.

Son xəbərlər
topaz banner