"Tottenhem" Qaret Beyllə danışıqlara başladı

"Tottenhem" Qaret Beyllə danışıqlara başladı
XƏBƏR 27 İyul 2013 / 13:48 2653
-  A +

İngiltərənin "Tottenhem" klubu futbolçusu Qaret Beyllə müqaviləni yeniləmək üçün rəsmən danışıqlara başlayıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun baş məşqçisi Andre Villaş-Boaş jurnalistlərə açıqlamasında deyib:

"Bu danışıqlardan istədiyimiz nəticəni alıb-almayacağımızı bilmirəm. Ancaq biz yenə özümüzə güvənirik. Beyl xüsusi bir oyunçudur. Onun bizə gələcək mövsüm Çempionlar Liqasına qatılmağımıza kömək edəcəyini düşünürəm".

Qeyd edək ki, "Real"la razılığa gəldiyi iddia edilən Beylə "Tottenhem"in illik 9 milyon avro təklif gönədirdiyi bildirilir.

Son xəbərlər
topaz banner