Anar Salmanov "Tromse" - "Differdanj" oyununda

Anar Salmanov "Tromse" - "Differdanj" oyununda
XƏBƏR 27 İyul 2013 / 12:40 2438
-  A +

Azərbaycanlı hakim Anar Salmanov UEFA-dan daha bir təyinat alıb.

Qol.Az-ın məlumatına görə, FİFA referimiz Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Tromse" (Norveç) - "Differdanj" (Lüksemburq) matçını idarə edəcək.

Oyun avqustun 1-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, "Tromse" Avroliqanın II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "İnter"i mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "İnter" doğma azarkeşləri önündə 1:0 qələbə qazansa da, bu növbəti mərhələyə keçmək üçün yetərli olmayıb.


Son xəbərlər
topaz banner