"Monako" "Real"ın futbolçusunu istəyir

"Monako" "Real"ın futbolçusunu istəyir
XƏBƏR 27 İyul 2013 / 12:26 3488
-  A +

Bu yay ən çox transfer edən klublardan olan "Monako" Madrid "Real"ının daha bir futbolçusunu heyətinə qatmaq istəyir.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Paris təmsilçisi Madrid klubunun müdafiəçi Pepeni transfer etməyə hazırlaşır.
 
Ancaq bu transferdə "Monako"nun tələsik davranmayacağı bildirilir. Belə ki, əgər klub transfer etdiyi bəzi futbolçulardan istədikləri oyunu görməsə, portuqaliyalı müdafiəçini komandaya gətirəcək.

Fransa klubunun sahibi rus iş adamı Dmitri Rubolovlevin də Pepeni çox bəyəndiyi və onu heyətdə görmək istədiyi iddia edilir.

Son xəbərlər
topaz banner